Accessibility links

Sənay Qəhrəmanlıya hücum edən şəxsə 15 sutka həbs verilib


Tural Qarayev AXCP sədrinin müavininin azyaşlı qızına hücum edib

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızına hücum edən Tural Qarayev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması, hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.

Report agentliyinin məlumatına görə, Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Tural Qarayevə 15 sutka inzibati həbs cəzası verilib.

Fuad Qəhrəmanlının ailəsi
Fuad Qəhrəmanlının ailəsi

Aprelin 17-də müxalifətdə olan Azərbaycan Xaql Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və yazıçı Zümrüd Yağmurun 14 yaşlı qızı Sənay Bakının Elmlər Akademiyası metro stansiyasının qarşısında naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs azyaşlı qızın qarşısını kəsib, ona qarşı fiziki zorakılıq edib, özünü və ailəsini təhqir edib.

Bu hadisə Sənay Qəhrəmanlının 162 nömrəli tam orta məktəbin intihara cəhd nəticəsində dünyasını dəyişmiş şagirdinin hüquqlarını müdafiə məqsədi ilə aksiya təşkil etməsindən bir neçə gün sonraya təsadüf edir.

Çoxsaylı sosial şəbəkə Iştirakçıları hücum edən şəxsin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.

“O adam cinayət məsuliyyətinə alınaraq cəzalandırılmalıdır. O şəxsin hərəkətləri ölkədə sabitliyin pozulmasına, siyasi ayrıseçkilikdən doğan zorakı qarşıdurmalar yaranmasına yönəlmişdir. Bunun qarşısı təcili alınmalıdır. Bu sizin vəzifə borcunuzdur. Ölkədə anarxiyadır, özbaşınalıqdır,” vəkil Osman Kazımov bu müraciətlə Facebook səhifəsində hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib.

XS
SM
MD
LG