Accessibility links

ABŞ-ın cənub sərhədlərini qeyri-qanuni keçənlərin sayı durmadan artır


ABŞ-ın cənub sərhədlərini qeyri-qanuni keçənlərin sayı durmadan artır
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Minlərlə miqrant cənub sərhədində gözlədiyi bir vaxt, Amerikanın digər sərhədlərində sərhədi qanunsuz keçməyə çalışanların çoxu ABŞ patrulu tərəfindən saxlanır. Miqrant axınının qarşısnı almaq üçün agentlər onların qanunsuz sərhədi keçərkən üzləşə biləcəkləri təhlükələrlə bağlı təlimlər keçirir.

Birləşmiş Ştatların cənub sərhədini keçənlərin sayı durmadan artır. Arizona ştatı Tussan Gömrük Sərhəd Keşik Məntəqəsinin bildirdiyinə görə, mart və aprel aylarında sərhədi ailələr də daxil olmaqla, yüz mindən artıq insan qeyri-qanuni keçməyə cəhd edib. Gömrük Sərhəd Keşik Məntəqəsindən Daniel Hernandez: “Bu insanların qrup şəklində təhlükəli ərazilərdən keçdiklərini görmək çox narahatedicidir.”

Sərhəd işçiləri sənədsiz miqrantların insan qaçaqmalçılarının yardımı ilə sərhədi keçərkən nə kimi təhlükələrlə qarşılaşacaqlarını bilmələri üçün aktyorlara müraciət edib. Komuflyaj paltarlarda, ayaq izlərini gizlətmək üçün xüsusi ayyaqqabılarda, əllərində su konteynerləri olan aktyorlar keşikçilərdən gizlənərək sərhədi keçməyə çalışır. Bəziləri isə sərhədi müsbət 45 dərəcə istilikdə yük maşınında gizlənərək keçmək istəyir.

Arizona ştatındakı Qvatemala konsulu Oskar Padilla: “Biz onlara sərhədi uşaqlarla qanunsuz keçməyin nə qədər təhlükəli olduğu barədə mesaj göndərməyə çalışırıq. Biz bunun qarşısını almalıyıq.”

Sərhəd keşik rəsmiləri çoxlarının təhlükələrdən xəbərdar olduqlarını, lakin buna baxmayaraq ölkələrindəki yoxsulluq və zorakılıqdan qaçmaq və sərhədi keçmək istədiklərini deyirlər.

Franklin Qarsia və oğlu Birləşmiş Ştatlar sərhədinə Hondurasdan gəlib. “Biz Sonora sərhədindən keçdik. Yalnız ikimiz idik. Çox çətin idi. Bəzən ac qalırdıq. Amma suyumuz var idi.” - deyə, Franklin Qarsia bildirir.

Qarsia və oğlu Birləşmiş Ştatlara girmək üçün avtobus dayanacağına gəlib. Onlar sərhədi qeyri-qanuni keçən minlərlə miqrantdan biridir.

Sərhəd işçiləri sərhədi qeyri-qanuni keçən sənədsiz miqrantlarin həbs edildiyini və onların işlərinə baxılmasının çox çətin olduğunu deyirlər. Daniel Hernandez “Bu, bir anda baş verir, heç bir xəbərdarlıq olmadan. Biz gecə yarısı 400 nəfərdən ibarət bir qrupu saxlamalı olduq. Bizim hazırlaşmağa vaxtımız çox azdır. Biz bu numanitar böhranın qarşısını almalıyıq. Lakin bunu etmək çox çətindir.”

Arizona sərhədindəki Gömrük və Sərhəd Patrul agentləri cənub sərhədindəki böhranın qarşısının alınmasının milyonlarla dollara başa gələ biləcəyini və hazırda bundan insan qaçaqmalçıları və kartellərin faydalandığını deyirlər.

XS
SM
MD
LG