Accessibility links

“Sərhədi açsınlar evimizə gedək”- Rusiya-Azərbaycan sərhədində aclıq edənlərin tələbi


 Rusiya-Azərbaycan sərhədində toplaşan Azərbaycan vətəndaşları
Rusiya-Azərbaycan sərhədində toplaşan Azərbaycan vətəndaşları

Aclıq aksiyası

Rusiya-Azərbaycan sərhədində Azərbaycana keçmək üçün gözləyən Azərbaycan vətəndaşları aclığa başlayıb. Aksiya iştirakçıları ölkəyə buraxılmalarını tələb edir.

Bu barədə 44 gündür Azərbaycan sərhədində ölkəyə keçmək üçün gözləyən Tovuz rayonunun Aşağı Öysüzlü kəndindən olan Asim Tağıyev Amerikanın Səsinə müsahibəsində bildirib.

please wait

No media source currently available

0:00 0:05:57 0:00

Onun sözlərinə görə, açıq havada, betonun üstündə gecələyən insanlar artıq dörd gündür yeməkdən imtina edib, aclığa başlayıb. Aclıq edənlərin sayı hazırda 150 nədəfərədəkdir.

“Bircə tələbimiz var. Sərhədi açsınlar evimizə gedək. Aclıq edənlər dünən yağışın altında qaldılar. Bu gün də günün istisində orada dururlar,” o qeyd edib.

Tağıyevin dediyinə görə, hazırda Rusiya-Azərbaycan sərhədində 700-800 Azərbaycan vətəndaşı var. Onlar iki aydan çoxdur ki, Azərbaycana keçmək üçün gözləyir.

“Sərhədə toplaşan Azərbaycan vətəndaşlarının sayı mindən çox idi. Onlar o qərər burada qaldılar ki, sonda bezdilər, pulları qurtardı, oradan-buradan pul istəməkdən utandılar, qayıtdılar geri, işləməyə. Bax, mənim özüm bir ay 13 gündür burada gözləyirəm.”

Tağıyev deyib ki, sərhəddə qaldıqları yerdə sanitar durum çox acınacaqlıdır.

“Bir dəfə Azərbaycan tərəfdən, dedilər, bir general gəlib. Necə gəldi? Gəldilər sadəcə palatkaya yaxınlaşdılar, xarici görkəmimizə baxıb, getdilər. Demədi ki, vəziyyətiniz necədir? Bizimlə maraqlanmadı.
Asim Tağıyev, Rusiya-Azərbaycan sərhədində qalan vətəndaş

“Çimməyə şəraitimiz yoxdur, sıfır dərəcəsindədir. Kimi yardım edir, kimi etmir. Bir çox insanlar betonun üstündə yatır. Palatkada (çadır-red.) yatanlar da yalnız gecələr ora gedir. Gündüzlər istidən palatkaya girmək mümkün deyil.”

Onun sözlərinə görə, Rusiya tərəfi əvvəl 225 nəfərlik çadırlar qurub.

“Çadırlar tam doldu. Sonra əlavə olaraq səkkiz ədəd hər biri 23 nəfərlik yeni çadırlar qurdular. Biz çadırda 23 nəfər bir yerdə qalırıq. Çadırlarda yeməyi Rusiya tərəfi verir. O da sarı düyüyə oxşar yeməkdir və qreçka (qarabaşaq-red.), bir də plovdur. Quru yeməklərdir.”

Tağıyev Azərbaycan hökumətinin sərhədə toplaçan vətəndaşlara münasibətindən narazıdır.

“Bir dəfə Azərbaycan tərəfdən, dedilər, bir general gəlib. Necə gəldi? Gəldilər sadəcə palatkaya yaxınlaşdılar, xarici görkəmimizə baxıb, getdilər. Demədi ki, vəziyyətiniz necədir? Bizimlə maraqlanmadı. Sadəcə burada Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi ilə maraqlandı və maşınlarına minib çıxıb getdilər. Biz istədik yaxınlaşıb fikrimizi deyək. Qarşımızı kəsdilər, onlara yaxınlaşa bilmədik. Onların özləri istəsə idi, bizə yaxınlaşardı, amma yaxınlaşmadılar.”

Sərhəddə qalan vətəndaşlar arasında çoxsaylı qocalar, xəstə olanlar var.

“Bizim palatkada iki nəfərin onurğa sütununda yırtıq var. Biz özümüz taxta parçası tapıb gətirmişik ki, onlar həmin taxta parçasının üstündə yatsınlar ki, ağrıları keçsin.”

Asim Tağıyev sərhəddən insanların Azərbaycana buraxılması qaydasından da narazıdır.

“Burada qalanlar köhnələrdir. Təzə gələnləri Azərbaycana buraxırlar, köhnədən gözləyənlər burada qalır. Hətta, burada belə şayiə yayılıb ki, kimin pulu var, kimin day-dayısı (himayəçi-red.) var onlar buraxılır. Faktiki də təzə gələnlər gələn kimi, onlar məlumat ötürdülər, nə oldu, oteldən çağırdılar, onlar oteldə qalanlar idi, zəng çaldılar otelə çağırdılar, sayınca da buraxdılar. Bizim aramızda da, belə deyim, baxırdın geyiminə- geciminə, nizamlı insandır, səliqəli-sahmanlı insandır, o insanlar getdi. Faktiki baxırsan ki, deyilənlər də doğrudur,” o qeyd edib.

Qeyd: Azərbaycan rəsmiləri Asim Tağıyevin dediklərinə şərh verməyib

Karantin rejimi

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Ölkəyə giriş-çıxışa iyunun 15-dək qadağa tətbiq edilib.Bununla yanaşı, xarici ölkələrdəki Azərbaycan vətəndaşlarının xüsusi aviareyslər və quru yolları vasitəsi ilə Azərbaycana gətirilməsi davam etdirilir.

Yüz minlərlə Azərbaycan vətəndaşının yaşadığı Rusiya və Türkiyədən insanların ölkəyə gətirlməsində problemlər davam etməkdədir. Belə ki, hökumət rəsmiləri bu ölkələrdə qalan çoxsaylı vətəndaşların ölkədə karantinə yerləşdirilməsi və müayinə-müalicəsi üçün imkanalrın məhdud olduğunu bildirir. Bu səbəbdən də həmin insaların ölkəyə vaxtaşırı müəyyən sayda buraxıldığını bildirirlər.

Rusiyanın Azərbaycanla sərhədində toplaşan Azərbaycan vətəndaşlarının probleminin həlli mayın 18-də iki ölkənin prezidentləri və sonra xarici işlər nazirləri səviyyəsində də müzakirə olunub. Buna baxmayaraq problem hələ də həllini gözləyir.

Dərbənd Mərkəzi Xəstəxanasının baş həkimi Abdulqafar Şıxməhəmmədov RİA agentliyinə bildirib ki, Rusiyanın Dağıstan Respublikasında Azərbaycana keçməyi gözləyən altı azərbaycanlıda artıq COVİD-19 aşkarlanıb.

Rəsmi məlumatlara görə, mayın 18-dən sonra Rusiya sərhədində gözləyən bir neçə yüz Azərbaycan vətəndaşı ölkəyə gətirlib.

İctimai məsələlər üzrə ekspert Anar Məmmədli hesab edir ki, Azərbaycan hökuməti vətəndaşlarının hüquqlarını müdafiə etməli, onların sosial tələblərini qarşılamalı və vətənə dönüşünü təmin etməlidir.

“Dərbənddən Qubaya cəmi 2 saata avtomobillə çatmaq olar. Orada qalan minə yaxın Azərbaycan vətəndaşını Qubada yerləşən hotellərdə karantinə daxil etmək olar. Bunun üçün bir az məsuliyyətli və iradəli olmaq yetərlidir,” ekspert qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG