Accessibility links

Sərhədsiz Reportyorlar Azadlıq qəzetinin əməkdaşının dindirilməsini pisləyib


Səadət Cahangir

"Sərhədsiz Reportyorlar" medianı beynəlxalq müdafiə təşkilatı “Azadlıq” qəzetinin əməkdaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Səadət Cahangirin saxlanılaraq 8 saat dindirilməsini pisləyir.

Bu barədə təşkilat Tvitter səhifəsindəki məlumat yayıb.

"Sərhədsiz Reportyor"lar xatırladır ki, prokurorluq əməkdaşları jurnalistin vəkil çağırmasına və doğmaları ilə telefon əlaqəsi saxlamasına imkan verməyib.

"Sərhədsiz Reportyorlar" qeyd edir ki, prokurorluq əməkdaşları guya sayğacı yoxlamağa gələn qaz işçiləri adı altında jurnalistin mənzilinə daxil olublar. Onlar qanunsuz axtarış aparıb, kompüter, telefon və jurnalistin pulunu götürüblər. Bütün bunlar dindirmədən sonra geri qaytarılmayıb.

"Sərhədsiz Reportyorlar" hakimiyyəti qanunsuzluğa son qoymağa çağırır.

Mayın 1-də Səadət Cahangir Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində şahid qismində dindirilib.

"Azadlıq" qəzetinin məlumatına görə, qəzetin əməkdaşı Cahangir evindən götürülərək Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.

"Guya qaz sayğacını yoxlayacaqları adı ilə evə daxil olan əməliyyatçılar müxbirin evində axtarış aparıb, onun kompüterini, telefonlarını və oğlunun təhsil haqqı üçün yığdığı pulu götürüblər, özünü də istintaq idarəsinə aparıblar,“ məlumatda vurğulanıb.

Qəzetinin açıqlamasında deyilir ki, Səadət Cahangir mayın 1-də səkkiz saat dindirildikdən sonra sərbəst buraxılıb. O, sərbəst buraxılsa da, kompüteri, telefonları və pulu qaytarılmayıb.

Bununla bağlı hələlik hüquq mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

Bundan öncə aprelin 28-də Səadət Cahangir və AXCP Ali Məclis sədrinin müavini İradə Nəriman Əli Kərimlinin yaşadığı binanın girişində saxlanılaraq polis bölməsinə aparılıb və 4 saat bölmədə saxlanılıblar. Baxmayaraq ki, onların hərəkət üçün icazələri olub.

XS
SM
MD
LG