Accessibility links

Sərhədsiz Reportyorlar Fransada yaşayan azərbaycanlı blogerə hücumu pisləyir


“Sərhədsiz Reportyorlar" Azərbaycan prezidenti İlham Əliyevi Fransada siyasi mühacir statusuna malik bloger Məhəmməd Mirzəliyə qarşı bütün təhdidlərə və zorakılığa son qoymağa çağırıb.

“Sərhədsiz Reportyorlar"un məlumatına görə, iyunun 2-də naməlum şəxs blogerin yaşadığı evə girməyə cəhd etsə də, Mirzəli polis çağırarkən qaçıb. Bir gün öncə Mirzəli avtomobilinin pəncərəsinin sındırıldığını və içəridə hədə-qorxu dolu bir kağız qoyulduğunu görüb.

"Onlar məni öldürmək istəyirlər," Mirzəli deyib və əlavə edib ki, o, artıq rahat yata bilmir, baxmayaraq ki, öz mənzilinin qapılarını möhkəmləndirib.

Naməlum şəxslər onun mobil telefonuna təhdidlər göndərməyə davam etsələr də, o, özünün YouTube-dakı "Made in Azerbaijan" kanalında tənqidi videolar yerləşdirməyə davam edir.

Fransada Mirzəlinin həyatı təhlükədədir, çünki o, İlham Əliyev rejimini, onun xanımı Mehriban Əliyevanı açıq şəkildə tənqid edir, “Sərhədsiz Reportyorlar”ın baş katibi Kristof Deluar qeyd edib.

O xatırladıb ki, Məhəmməd Mirzəli Fransanın müdafiəsi altındadır, əgər ona bir şey olarsa, Azərbaycan rəhbərliyi şəxsi məsuliyyət daşıyacaq.

Məhəmməd Mirzəli sosial şəbəkələrdə Azərbaycanın hakimiyyət rəsmilərinin və onların ailə üzvlərinin ünvanına sərt nalayiq ifadələr yer alan video-monoloqları ilə tanınır. Üç il əvvəl onun atasına və digər qohumlarına təzyiqlər edilidiyi bildirilir. Siyasi mühacirin bacısının həyat yoldaşı 2018-ci ildə saxlanılıb. Bu il martın əvvəllərində isə bacısının şəxsi həyatı ilə bağlı video yayılıb.

Rəsmi Bakı siyasi mühacirə hücumla bağlı hələ münasibət bildirməyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Göyçay rayon şöbəsi Gənclər Komitəsinin üzvü Məhəmməd Mirzəli ölkəni 2016-cı ilin yanvarında tərk edib.

O, mühacirətə gedərkən AXCP üzvü olub, hazırda müstəqil video-bloger kimi fəaliyyət göstərdiyi bildirilir.

Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının vəziyyətinə dair indiyədək səsləndirilən tənqidləri bir qayda olaraq rədd edir. Hakimiyyət təmsilçiləri Azərbaycanda bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG