Accessibility links

Sərhədsiz Reportyorlar Turan agentliyinin saytına kiberhücumları pisləyir


Turan İnformasiya Agentliyi
Turan İnformasiya Agentliyi

“Sərhədsiz Reportyorlar” mətbuatı müdafiə təşkilatı Turan agentliyinin saytına son kiberhücumları pisləyib.

“DdoS hücum hər dəfə müxalifətçi fəalların hüquqlarının pozulması ilə bağlı tənqidi materialların dərcindən sonra baş verib. Sərhədsiz Reportyorlar hakimiyyəti bu kiberhücumlara aydınlıq gətirməyə çağırır,” təşkilatın Tvitter hesabında dərc olunan press-relizdə deyilir.

Xatırladaq ki, mayın 15-dən 19-dək Turan.az və Contact.az saytları kütləvi kiberhücumlara məruz qalıb və iki dəfə bloklanıb. Nəticədə dərc edilmiş materialların bir hissəsi itib. Görülən tədbirlər sayəsində saytların fəaliyyəti və itmiş materiallar bərpa edilib.

"Azərbaycan hakimiyyəti narahatdır. Biz həqiqəti deyirik və bu, əlbəttə onların xoşuna gəlmir. Onlar istəmir ki, cəmiyyət baş verənləri bilsin. Ona görə də bu tipli addımlar atırlar."

Turan Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə deyib.

Biz həqiqəti deyirik və bu, əlbəttə onların xoşuna gəlmir. Onlar istəmir ki, cəmiyyət baş verənləri bilsin.


"Ölkə böhrana girib. Mən pandemiya böhranını demirəm. Əslində neftin qiyməti düşür və bizim iqtisadiyyatımızın neftdən aslı olmağını nəzərə alaraq vəziyyət kifayət qədər ağırdır. Artıq büdcədə prezidentin tapşırığı ilə ixtisarlar aparılır. O deməkdir ki, bir sıra layihələr dayandırılacaq. Bütövlükdə, bu, onu göstərir ki, bizi çox ağır günlər gözləyir. Əslində biz, bu barədə çox yazırıq, analiz edirik. Hökumətin nəzarətində olan televiziya kanalları, media qurumları bu barədə demək olar ki, heç bir şey demir. Sanki bu mövzu yoxdur. Hökümət özü də bu barədə heç nə danışmır. Biz bu məsələləri qaldırırıq və bu onları narahat edir. Bunlar istəmirlər ki, bu tipli mövzular işlənilsin. Biz hökümətin səhvlərini və vəziyyətdən çıxış yollarını göstəririk," o qeyd edib.

Azərbaycanın zaman-zaman bir sıra müstəqil hüquq müdafiəçiləri, müxalif partiyaların nümayəndələri, sayt redaktorları pandemiya dövründə sosial şəbəkə hesablarına, saytlara kiberhücumların olduğunu bildirir.

Turan Agentlyi haqqında

Keçmiş SSRİ-də ilk müstəqil agentliklərdən biri olan "Turan" İnformasiya Agentliyi 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən Bakıda yaradılıb.

Agentlik xəbərlər, Azərbaycanla bağlı analitik məqalələr və icmallar hazırlayır. İnformasiya məhsulları siyasət, iqtisadiyyat, energetika, maliyyə, kommunikasiya, market, qanunvericilik, din, mədəniyyət, idman, fotomaterillar, məlumat və arxiv materiallarından ibarət bloklar şəklində təqdim olunur.

Cəmiyyət kibermüdaxilələrdən narahatdır

Mayın 19-da Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) bəyanat verərək, İnternetdə bu qurumun iclaslarının qanunsuz kibermüdaxilələr yolu ilə dinlənilməsini pisləyib.

Müsavat Partiyası bu qurumun informasiya resurslarına qarşı kiberhücumların davam etdiyini bildirir.

“Seçki kampaniyasının təbliğat dövrü başlayan kimi sosial şəbəkədə olan "Müsavat Partiyası", "Basta", "Arif Hacılı", "Müsavat Gənclər Təşkilatı" səhifələrimiz dağıdıldı,” məlumatda qeyd edilib.

AXCP lideri Əli Kərimli bir aydan çoxdur ki, İnternet imkanlarından məhrum edildiyini bəyan edib.

Öz növbəsində Azərbaycan hakimiyyəti deyilənlərə hələlik rəsmi açıqlama verməyib.

Hakimiyyət təmsilçiləri isə ölkədə internetə çıxışın azad olduğunu və daim kiberhücumlarla mübarizə apardıqlarını bəyan edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG