Accessibility links

Sərt Brexit Almaniyanın ÜDM-nin azalması ilə nəticələnə bilər


Sərt Brexit Almaniyanın ÜDM-nin azalması ilə nəticələnə bilər
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Britaniyanın Avropa İttifaqından heç bir razılıq əldə olunmadan çıxması Almaniyanın ümümi daxili məhsulunun 0.5 faiz azalmasına gətirib çıxara bilər. Bunu çərşənbə axşamı Almaniyanın BDI sərmaye assosiasiyasının başçısı bildirib.

Qlobal ticarət narahatlıqları, zəif avtomobil sektoru və Birləşmiş Krallığın Avropa İttifaqından ayrılmaq ehtimalı Almaniya iqtisadiyyatında artımın dayanmasına gətirib çıxarıb.

Almaniya Sənayeləri Federasiyasının, BDI, başçısı çərşənbə axşamı xəbərdarlıq edib ki, Brexit-in heç bir razılıq əldə olunmadan baş verməsi Almaniyanın ümümi daxili məhsulunun0.5 faizinin bahasına başa gələ bilər.

Onun sözlərinə görə, belə bir halda Böyük Britaniya tənəzzülə uğrayacaq və bunun Almaniya daxil olmaqla bütün Avropaya təsirləri olacaq.

Təxminən iki həftə öncə çıxan rəsmi nəticələr göstərir ki, Avropanın ən böyük iqtisadiyyatı ötən ilin sonunda tənəzzülün eşiyindən dönüb və dördüncü rübdə heç bir artım müşahidə olunmayıb.

Dövlət xərclərinin artması zəifləyən ixrac və məyusedici özəl istehlakın vurduğu zərərləri kompensasiya edib.

Almaniya istehlakçılarının ovqatlarını ölçən GFK-in tədqiqatçısı Rolf Burkl deyir ki, iqtisadi gözləntilər kəskin şəkildə azalmağa davam edir, istehlakçılar arasında tənəzzül qorxusu isə əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda isə gəlirlərlə bağlı gözləntilər çox yüksəkdir.

Buna səbəb iş yerlərinin sayının artması və insanların özlərini iqtisadi baxımdan daha sabit hiss etmələridir.

İstehlakçıların alış-veriş etmək istəkləri bir az alsa da, hələ də yüksək olaraq qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG