Accessibility links

Səsdən daha sürətlə uçan təyyarələr yenidən istifadəyə verilə bilər


Səsdən daha sürətlə uçan təyyarələr yenidən istifadəyə verilə bilər
please wait

No media source currently available

0:00 0:02:20 0:00

ABŞ-ın ən böyük hava yolu şirkəti bir zamanlar olduqca məşhur- səsdən iti süərtlə uçan təyyarələri yenidən istifadəyə qaytarmaq istəyir. Lakin bu dəfə daha səssiz və daha ucuz əməliyyat xərcləri, eləcə də ekaloji cəhətdən daha təmiz formada.

1970-ci illərdə Konkordun supersonik - səsdən daha sürətli uçan təyyarəsi ilk dəfə istifadəyə verildiyi zaman bu, texnoloji möcüzə hesab edilirdi.

İngilis və Fransız birgə müəsisəsi tərəfindən istehsal olunana təyyarə səsdən iki dəfə sürətli uçaraq trans-Atlantik haya yolu ilə uçuş müddətini yarıya qədər azalda bilmişdi.

Təyyarələr 2003-cü ildə istifadəsən çıxarıldığı zaman olducqa yüksək əməliyyat xərcləri və təyyarələrin uçuş zamanı yaratdığı gurulutulu supersonik partlayış səsi səbəbi ilə onların yerini tutan olmamışdı, ta ki, indiyə qədər.

ABŞ-ın United Airlines hava yolları Kolorado ştatının Denver şəhərində yerləşən Boom Supersonic aerokosmik şirkəti ilə əməkdaşlıq edərək, ilkin olaraq 15 ədəd supersonik təyyarələr almaq niyyətindədir.

Boom şirkəti bildirir ki, istehsal etdiyi "Overture" təyarrələri trans-Atlantik uçuş müddətini 50% azaldacaq, lakin Konkorddan fərqli olaraq daha səssiz və davamlı olacaq.


Boom Supersonic şirkətinin icracı direktoru Blake Scholl bildirir ki, "Kompüter optimallaşdırma texnalogiyamız var, buna görə də külək tünellərində yavaş-yavaş inteqrasiya etmək yerinə daha səmərəli aerodinamik forma dizayn edə bilərik və beləliklə reaktiv mühərriklərin iş prinsipini yenidən yaradırıq. İstəyirəm ki, o nöqtəyə çataq ki, səsdən iti uçan təyyarə biletləri adi təyyarələrdən daha ucuz olsun".


United Airlines şirkətinin investoru Mixael Leskinenin fikrincə "Konkord texniki cəhətdən uyğun olmadığı üçün deyil, xərclər səbəbindən uğursuzluğa düçar oldu. Biz düşünürük ki, təyyarələrimiz Konkorddan 75 faiz daha az əməliyyat xərcləri tələb edəcək".

Üstəlik Overture təyyarəsi 100 faiz dayanıqlı aviasiya yanacağı ilə işləyəcək.

Blake Scholl deyir ki, "Bu o deməkdir ki, səsdən iti uçuş 100% karbon neytral olacaq. Effektiv şəkildə karbonu atmosferdən toplayırıq, təyyarə yanacağına çeviririk və sonra təyyarədə yandırırıq. Beləcə onu gəldiyi yerə geri qaytarırıq".

Səsdən sürətli uçuş texnoloji bir uğur olsa da, şirkətlər bunun əslində insanların vaxtına qənaət hesab edirlər.

"Nəticədə mühüm olan səmada baş verənlər deyil, yerdə-planetdə insanlarla birlikdə olmaqdır" deyə Blake Scholl bildirir.

Boom şirkəti 2030-illər üçün təyyarələri United şirkətinin istifadəsinə verməyi planlaşdırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG