Accessibility links

Səsli sırğalar texnika və dəbi özündə birləşdirir


Səsli sırğalar texnika və dəbi özündə birləşdirir
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Simsiz qulaqlıqlar artıq populyar bir texnologiya aksesuarıdır. Lakin bəziləri bu aksesuarların müəyyən məhdud bir auditoriyanı cəzb etdiyini bildirir.

Nova Products şirkətinin baş direktoru Luhronks Qober deyir ki, hazırda səs cihazları kişlər tərəfindən və kişilərüçün dizayn edilib: "Nə üçün bir qadın olaraq mən texnologiya ilə ziynət əşyaları arasında seçim etməliyəm?"

Almaniyada qərargahlanan Nova Products şirkətinin baş direktoru Luhronks Qober bəzi qadınların qulaqlıqların təkcə çəhrayı rəngdə olmasını istəmədiklərini bildirir.

Şirkət Nova H1 adlı cihazı ilə dünyanın ilk sırğa formasında mirvarili audio qulaqlığını yaratdığını bildirir.

"Bluetooth"la işləyən və əsl mirvari ilə bəzədilmiş sırğalar istifadəçilərə musiqi dinləməyə, zəngləri qəbul etməyə imkan verir, özü də səslər kənara sızmadan.

Luhronks Qober qulaqlıqların rahat olduğunu və gün bütün ərzində taxılabiləcəyini bildirir.

Texnologiya aksesuarları əsasən formadan daha çox funksionallığa diqqət edən məhsullardır.

Lakin Nova kimi startaplar bəzi qadınların daha dəbli istəklərinə cavab verir.

Şirkətin Texnaligoya üzrə Baş Müdiri Vlad Perianu cihazın insanların təcübünə səbəb oldunu deyir: "Bəzi insanlar qulaqlıqlardan ilk dəfə istifadə edəndə gülüb ətrafa baxır, sonra isə smartfonlarını yoxlayırlar ki, səslərin oradan gəlmədiyindən əmin olsunlar ".

Sırğalar patentləşdirilmiş yönləndirici səs texnologiyası ilə təhciz olunub ki, bununla cihaz yalnızca istifadəçinin eşidə biləcəyi səs şüaları yollayır.

Vlad bildirir ki, "Səslər mirvarinin içində yerləşdirilmiş xüsusi dinamikdən çıxır. Səslər sırğadakı bu dəlikdən çıxır və bir başa qulağa doğru əks olunur. Daha sonra qulaq kanalınızın içinə daxil olur. "

Sırğalar qulaq kanalına bir başa taxılmadığı üçün istifadəçilər eyni zamanda ətrafdakı səsləri də eşidə bilir. Qobert bu funksionallığın qadınların təhlükəsizliyi üçün xüsusilə vacib olduğunu bildirir.

Luhronks Qober bildirir ki, "təsəvvür edin ki, bir az gec saatlarda evə qayıdırsınız. Musiqiyə qulaq asmaq istəyirsiniz, lakin eyni zamanda da ətrafınızda baş verənlərdən xəbərdar olmaq istəyirsiniz".

Qobert audio sırğaların taxılabilən məhsullar bazarında yeni bir texnoloji zərgərlik sektorunu başlatdığını bildirir. Və onlar məhsullarını bütün qadınların qulaqlarında görməyə ümid edir.

XS
SM
MD
LG