Accessibility links

Səttar Sevigin: İran rejiminə qarşı heç zaman belə geniş müxalifət cəbhəsi yaranmamışdı


Səttar Seviginin sözlərinə əsasən, İslam Respublikası müxtəlif dövrlərdə daxildən ciddi və geniş etirazlarla qarşılaşıb, amma İran hakimiyyətinin devrilməsi yönündə ortaya çıxan ittifaqlar heç zaman bugünkü qədər geniş olmayıb və müxtəlif qrupları ehtiva etməyib.

Səttar Sevigin Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:19 0:00

İsveçdə yaşayan diaspor fəalı Amerikanın Səsi ilə söhbətdə “Güney Azərbaycan Milli Hərəkatına” mənsub müxtəlif qruplar və ümumiyyətlə türk fəalları bir araya gətirə biləcək ortaq məxrəclər haqqında danışıb.

Azərbaycan təşkilatlarının ortaq məxrəci inanılmaz çoxdur. Buna görə, imkan daxilində bəzi nöqtələrdə birləşərək digər qruplar ilə görüşlərimizdə öz ağırlığımızı göstərməliyik.

Səttar Sevigin 2009-cu ildə İranın böyük şəhərlərində “Yaşıl Hərəkat” adı altında baş verən kütləvi etirazlara diqqət çəkərək hazırda müxaliflər arasındakı birliyin Yaş Hərəkatı dönəminə görə daha geniş və güclü olduğunu vurğulayır.

“Yaşıl hərəkatda məsələ daha çox rejimin öz içindəki müxtəlif cəbhələr arasındakı problemlərdən ibarət idi. Bəzi müxalif qruplar da bu hərəkata qoşulmaq istəyirdilər, amma tam deyildi. İndi vəziyyət başqadır. İndi təşkil olunan birliklər ya toplantılara qatılan qrupların hamısı birbaşa bu rejimin dəyişməsini istəyirlər”, siyasi fəal söyləyir.

Onun dediklərinə görə, “artıq qeyri-fars millətlər də rejimi dəyişdirmək istiqamətində bir araya gəlmək istəyirlər.”

Səttar Sevigin hesab edir ki, hazırkı vəziyyətdə “Azərbaycan Milli Hərəkatına” mənsub təşkilatlar da ortaq məxrəclər əsasında bir araya gəlməyə çalışmalıdırlar: “Ən idealı budur ki, Azərbaycan təşkilatları özləri bir araya gəlib ana təməllər üzərində ortaq bir güc təşkil etsinlər.”

Türk fəal əlavə edir, “belə durumlarda həm beynəlxalq güclər ki, müəyyən dönəmlərdə istər-istəməz yardımları olur, həm də ölkə daxilindəki başqa qruplar və millətlər bizim gücümüzə baxacaqlar. Bizim ortaq məxrəcimiz inanılmaz çoxdur. Buna görə imkan daxilində bəzi nöqtələrdə birləşərək digər qruplar ilə görüşlərimizdə öz ağırlığımızı göstərməliyik.”

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG