Accessibility links

Səudiyyə şahzadəsi və qızı üç il həbsdən sonra azadlığa buraxılıb


Arxiv fotosu - Səudiyyə şahzadəsi Basma bint Səud bin Abdel Əziz Vaşinqtonda Yaxın Şərq İnstitutunda Yaxın Şərqdə qadınların rolu mövzusunda müzakirə zamanı danışır, 12 aprel 2017-ci il.
Arxiv fotosu - Səudiyyə şahzadəsi Basma bint Səud bin Abdel Əziz Vaşinqtonda Yaxın Şərq İnstitutunda Yaxın Şərqdə qadınların rolu mövzusunda müzakirə zamanı danışır, 12 aprel 2017-ci il.

Səudiyyə Ərəbistanı rəsmiləri üç ilə yaxındır heç bir ittiham irəli sürülmədən həbsdə saxlanılan şahzadə və onun qızını azad edib. Bu barədə şahzadənin hüquqi məsələlər üzrə məsləhətçisi şənbə günü bildirib.

57 yaşlı iş qadını, hüquq müdafiəçisi və kral ailəsinin üzvü olan Şahzadə Basma bint Saud bin Əbdel Əziz Əl Saud və onun yetkin yaşda olan qızı Suhud Əl Şərif ilə 2019-cu ilin mart ayında itkin düşmüşdülər.

Hüquq məsləhətçisi Henri Estraman bildirib ki, onlar ikisi “özbaşına həbsdən azad edilib və cümə axşamı Ciddədəki evlərinə gəlib”.

“Şahzadə özünü yaxşı hiss edir, lakin onun tibbi yardıma ehtiyacı olacaq”, Estramant deyib. “O, yorğun görünür, lakin yaxşı əhval-ruhiyyədədir və oğullarına qovuşduğuna görə minnətdardır”, o əlavə edib.

Səudiyyə Ərəbistanı hökumətinin mətbuat xidməti şərh haqda sorğuya dərhal cavab verməyib. Hökumət bu işlə bağlı heç vaxt açıqlama verməyib.

Şahzadə Basmah 2020-ci ildə sosial media kanalları vasitəsilə bir ildən artıqdır paytaxt Ər-Riyadda saxlanıldığını və xəstə olduğunu bildirmişdi.

Mərhum kral Səudun kiçik qızı olan şahzadə Basma krallığın qadınlara münasibətini tənqid edib.

O, 2019-cu ilin fevral ayının sonlarında həbs olunarkən müalicə üçün xaricə getməyə hazırlaşırdı və saxlandıqdan sonra o zaman yaxın qohumunun bildirdiyinə görə, saxta pasport hazırlamaq cəhdində ittiham olunmuşdu.

Sonradan ittihamlar götürülsə də, qohumunun sözlərinə görə, o, həmin vaxt yanında olan qızı ilə birlikdə həbsdə qalmışdı.

Şahzadə Basma sosial şəbəkələrdəki paylaşımlarında həbs olunduğunu elan edərək, Əl-Hair həbsxanasında saxlandığını açıqlamışdı.

Reuters agentliyi onun itkin düşməsi və saxlanlmasının təfərrüatlarını müstəqil şəkildə yoxlaya bilməyib.

Reuters həmçinin onun həbsinin Səudiyyə Ərəbistanının kral ailəsinin üzvləri və tanınmış vətəndaşların həbsləri ilə bağlı olub-olmadığını müəyyən edə bilməyib. Mənbələr bu addımları vəliəhd şahzadə Məhəmməd bin Salmanın hakimiyyəti gücləndirməsi və ya qadın hüquqları fəalları da daxil olmaqla müxaliflərə qarşı təzyiqləri artırması səyləri ilə əlaqələndirib.

2020-ci il martın 5-də BMT-yə təqdim edilən və Reuters agentliyinin də gördüyü petisiyada şahzadənin ailəsi onun saxlanmasının səbəbinin onun “doğulduğumuz ölkədəki sui-istifadələrin açıq tənqidçisi olması, eləcə də ... atasından qalan dondurulmuş mirasla bağlı vəziyyəti öyrənmək istəməsi” ilə bağlı ola bildiyi qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG