Accessibility links

Səudiyyə Ərəbistanı ABŞ Senatının "krallığa müdaxiləsi"-ni rədd edir


Səudiyyə Ərəbistanı ABŞ Senatının Birləşmiş Ştatların Yəməndəki müharibəyə hərbi dəstəyini dayandırması və vəliəhd şəhzadənin jurnalist Camal Xaşuqcinin qətlində günhlandırdığı qətnamələrə cavab verib.

Rəsmi Səudiyyə Mətbuat Agentliyinin açıqladığı yazılı bəyanatda xarici işlər naziri bəyan edib ki, “krallıq ABŞ Senatının əsassız iddialara əsaslanan son mövqeyini pisləyir və ölkənin daxili işlərinə açıq müdaxiləni rədd edir.”

Krallıq ABŞ Senatının əsassız iddialara əsaslanan son mövqeyini pisləyir və ölkənin daxili işlərinə açıq müdaxiləni rədd edir.

ABŞ Senatı tarixi qərara imza ataraq, Ər-Riyadın Yəməndəki vətəndaş müharibəsinə hərbi müdaxiləsinə Amerikanın öz dəstəyini dayandıracağını bildirən qətnamə qəbul edib.

Senatın qətnaməsi ABŞ-Səudiyyə münasibətlərinin "mühüm" olduğunu qəbul edib, lakin krallığı "getdikcə daha düzgün olmayan xarici siyasətini tənzimləməyə" çağırıb.

Camal Xaşuqci
Camal Xaşuqci

ABŞ Senatı həmçinin səudiyyəli jurnalistin ölümünə görə vəliəhd şahzadə Məhəmməd Bin Salmanın məsuliyyət daşığıdığını tanıyan qətnamə qəbul edib.

The Washington Post qəzetində köşə yazarı qismində çalışan Xaşuqci oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib.

Rəsmi Ər-Riyad ölkə rəhbərliyinə qarşı heç bir "hörmətsizliyinə" dözməyəcəyi barədə xəbərdarlıq edib.

Yekdil şəkildə ABŞ Senatı deyib ki, vəliəhd şahzadə Məhəmməd bin Salman Camal Xaşuqcinin qətlin görə məsuliyyət daşıyır.
Bob Korker, ABŞ Senatında Xarici Əlaqələr Komitəsinin sədri

“Yekdil şəkildə ABŞ Senatı deyib ki, vəliəhd şahzadə Məhəmməd bin Salman Camal Xaşuqcinin qətlin görə məsuliyyət daşıyır. Bu, sərt bəyanatdır. Bu, bizim əziz tutduğumuz dəyərlərə uyğundur,” deyə qətnamənin sponsoru Respublikaçı senator Bob Korker bildirib.

Korker ABŞ Senatında Xarici Əlaqələr Komitəsinin sədridir.

ABŞ Prezidenti Donald Tramp deyib ki, o, Vaşinqtonun Səudiyyə hökuməti və şahzadə ilə çiyin-çiyinə dayanmasını istəyir, hərçənd ki, Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) müəyyən edib ki, Xaşuqcinin qətlinə göstərişi bin Salman özü verib.

Tramp Senatın Səudiyyə Ərəbistanının Yəməndəki müharibəsinə dəstəyə son qoyulmasına dair qətnaməsinə veto qoyacağını bildirib.

XS
SM
MD
LG