Accessibility links

Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri səfirlərini Qətərdən geri çağırıb


Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Körfəz Əməkdaşlıq Təşkilatı ölkələri arasında təhlükəsizliyə dair müqavilənin şərtlərinə əməl etmədiyinə görə öz səfirlərini Qətərdən geri çağırıb.

Wç ölkənin verdiyi birgə bəyanatda Qətərin üç ay bundan əvvəl müqavilə imzaladığı, lakin lazımi addımları atmadığını bildirib.

Sənəddə deyilir ki, Körfəz Əməkdaşlıq Təşkilatında daxil olan altı üzv dövlət çərşənbə axşamı keçirilən iclasda müqavilənin daşıdığı əhəmiyyəti Qətərin diqqətinə çatdırıb. Inkişaf əldə olunmadığı üçün Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri öz ölkələrinin təhlükəsizliyi və sabitliyini müdafiə etmək məqsədilə səfirlərini Qətərdən geri çağırmaq qərarına gəldiklərini bildirib.

Bəyanatda bu üç ölkənin Qətəri Körfəz Əməkdaşlıq Təşkilatının vacib bir hissəsi saydığı və əvvəlki razılaşmalara əməl etmək üçün dərhal addımlar atacaölna ümid bəslədiyi qeyd edilir.
XS
SM
MD
LG