Accessibility links

Səudiyyə Ərəbistanı ev çatışmazlığı problemini həll etmək üçün 3D çap olunmuş evlər tikir


Səudiyyə Ərəbistanı ev çatışmazlığı problemini həll etmək üçün 3D çap olunmuş evlər tikir
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Səudiyyə Ərəbistanın dövlət qurumu Riyadda Kral Xalid Beynəlxalq Hava Limanı yaxınlığında ilk 3D çap olunmuş evin inşasını bitirib.

Layihə Səudiyyənin Mənzil Tikintisi Nazirliyinin İnşaat Texnologiyasının Stimul Proqramı ilə yeni mobil 3D beton printerlər istehsal edən Hollandiyanın CyBe tikinti şirkətinin birgə məhsuludur.

Ən böyük problem xərclərnən bağlıdır. Bu 3D çap olunmuş evlərə ənənəvi binalardan daha ucuz və qənaətcil olacaqmı? Əsas sual budur. Mən düşünürəm ki, vaxt keçdikcə və texnologiyanın müasirləşməsi və təkmilləşməsi ilə şübhəsiz bu evlər daha ucuza baş gələcək, çünki onların inşasına daha az vaxt və əmək sərf olunacaq.
İbrahim Əl-San

Bu, Mənzil Təminatı Nazirliyininin Səudiyyə Ərəbistanında inşaat texnologiyası üçün cəlbedici investisiya mühiti yaratmaq məqsədilə 18 milyard rial ayırmaq planının bir hissəsidir.

Təşəbbüs ölkənin nəhəng 2030-cu il inkişaf planının başlanğıcına təsadüf edir. Həmin planda Səudiyyə Ərəbistanında gözlənilən ev böhranının qarşısını almaq üçün beş il ərzində 100 milyard dollarlıq sərmaye ilə bir milyon evin inşası nəzərdə tutulub.

İlk evin inşasında bir qrup hollandiyalı ekspertlərlə birgə beş səudiyyəli mühəndis iştirak edib. Hollandiyalı qrup yerli mütəxəssisləri təlim və dəstəklə təmin etməyi planlaşdırır ki, onlar artıq yaxın gələcəkdə layihənin növbəti mərhələlərini özləri həyata keçirə bilsin.

İnşaatçılar evi Səudiyyə Ərəbistanındakı sərt hava şəraitinə və yüksək temperatura dözümlü etmək üçün istilik izolasiyası texnologiyasından istifadə edib. 75 kvadrat metrilk mənzilin tikinti prosesi 25 saat çəkib və ziyarətçilər üçün turlar təşkil olunub.

Bir evin qiyməti hələ müəyyən edilməyib, inşaatçılar hər il 3D çap olunmuş mənzillər üzərində azı beş sınaq keçirir.

ABŞ əmlakı üzrə məsləhətçi Cons LaSal may ayında Səudiyyə Ərəbistanında bildirib ki, Səudiyyə şəhərlərində 250 kvadrat metrlik evlərin qiyməti 700 min ilə 850 min rial arasındadır ($186,000-226,000).

“Ən böyük problem xərclərnən bağlıdır. Bu 3D çap olunmuş evlərə ənənəvi binalardan daha ucuz və qənaətcil olacaqmı? Əsas sual budur. Mən düşünürəm ki, vaxt keçdikcə və texnologiyanın müasirləşməsi və təkmilləşməsi ilə şübhəsiz bu evlər daha ucuza baş gələcək, çünki onların inşasına daha az vaxt və əmək sərf olunacaq” – deyə, əmlak mütəxəssisi İbrahim Əl-San bildirib.

Texasda 3D çap edilmiş ev
Texasda 3D çap edilmiş ev

Ev Təminatı Nazirliyinin Səudiyyə Əmlak İnşaatı Fondunun gözləmə siyahısında 500 minə yaxın səudiyyəli var. Bu fond səudiyyəliləri 650 min rial dəyərində olan dövlətin inşa etdiyi evləri almaq üçün faizsiz kreditlə təmin edir.

3D-çap olunmuş evlər qlobal ev ehtiyaclarını qarşılamaq məqsədilə sürətli, ucuz texnologiya ilə təmin etmək üçün nəzərdə tutulub. 2016-cı ildə Dubayda dünyanın ilk fəaliyyət göstərən 3D çap olunmuş ofis binasının açılışı olub.

3D printerinə beton, su və digər materiallar tökülür, daha sonra isə printer beton əhəng məhsulu çap edir, çap etdikcə isə o, bərkiyir və bir evin inşası üçün istifadə olunan quruluş layları istehsal edir.

XS
SM
MD
LG