Accessibility links

Səudiyyə Ərəbistanı: Fars körfəzində mühabisənin həlli əlçatandır


Qatar
Qatar

Küveytin Vaşinqtonun sözlərinə görə, Fars Körfəzinin ərəb ölkələrinin İrana qarşı birləşməsinə maneə törədən mübahisəyə son qoymaq üçün irəliləyişin olduğunu elan edəndən sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri cümə günü bildirib ki, Qətərlə mübahisənin həlli “əlçatandır.”

Birləşmiş Ştatar və Küveyt mübahisəyə son qoymaq üçün birlikdə işləyib. Bu mübahisə nəticəsində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 2017-ci ilin ortalarından bəri Qətərə diplomatik, ticarət və səyahət embarqosu tətbiq ediblər.

ABŞ prezidenti Donald Trampın baş müşaviri Cared Kuşner çərşənbə günü Səudiyyə Ərəbistanına səfərindən sonra Dohada danışıqlar aparıb.

“Biz son günlərdə Küveytin davamlı səyləri, habelə Prezident Trampın güclü dəstəyi sayəsində əhəmiyyətli irəliləyiş əldə etmişik,” Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud Romada keçiriləck konfransa video bağlantı zamanı bildirib.

“Biz ümid edirik ki, bu irəliləyiş yekun razılığa gətirib çıxaracaq ki, bu da belə görünür əlçatandır. Və mən deyə bilərəm ki, mən bizim mübahisənin bütün tərəfləri ilə razılığı yekunlaşdırmağa yaxın olduğumuza dakir nikbinəm.”

Vaşinqtonda danışıqlarla yaxından tanış olan bir mənbə deyib ki, tərflər ilkin razılıq əldə edib və bu razılıq bir neçə həftə sonra imzalana bilər.

Küveytin əmiri Şeyx Nəvaf Əl Əhməd Əl Sabah cümə günü bu irəliləyişləri alqışlayıb. Bu barədə dövlətə məxsus KUNA xəbər agentliyi məlumat verib.

Xəbər agentliyi əmirə istinad edərək onun “bu razılıq göstərib ki, bütün tərəflər pan-Fars körfəzi və pan-ərəb ölkələrinin həmrəyliyini, birliyini və sabitliyini qorumaq istəyir.”

Cümə günü Bəhreyn sammitinə onlayna qatılan ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, Birləşmiş Ştatlar mübahisənin həll olunacağına “çox ümid” edirdi.

Mübahisənin bütün tərəfləri ABŞ-ın müttəfiqləridir. Qətərdə regionun ən böyük ABŞ hərbi bazası yerləşir, Bəhreyn isə ABŞ Dəniz Donanmasının Beşinci Donanmasına, Birləşmiş Ərəb Əmirlikləri isə ABŞ qoşunlarına ev sahibliyi edir.

XS
SM
MD
LG