Accessibility links

Səudiyyə Ərəbistanı məhkəməsi Camal Xaşuqcinin qətli ilə bağlı son hökmü çıxarıb


Səudiyyə Ərəbistanının dövlət televiziyası Washington Post qəzetinin qətlə yetirilən köşə yazarı və Səudiyyə hökumətinin tənqidçisi olan Camal Xaşuqcinin ailəsinin beş nəfəri edam cəzasından qurtaran əfvi elan etməsindən sonra onun işi ilə bağlı məhkəmənin son hökmləri verdiyini bildirib.

Ər-Riyad Cinayət Məhkəməsi bazar ertəsi səkkiz nəfər barəsində çıxarılan hökmü açıqlayıb.

Məhkəmə beş nəfərin hər birini 20 il, bir nəfəri 10 il, iki nəfəri isə 7 il müddətinə həbs cəzasına məhkum edib.

Məhkəmə prosesi hüquq müdafiə qrupları və BMT-nin müstəqil təhqiqatçısı tərəfindən geniş tənqidlərə məruz qalıb. Onlar yüksək səviyyəli heç bir rəsminin, ya da qətli sifariş etməkdə şübhəli bilinən heç kəsin günahkar tanınmadığını qeyd edib. Məhkəmənin müstəqilliyi də şübhə altına alınıb.

Washington Post qəzetinin yazarı​, ABŞ-da yaşayış icazəsi olan Camal Xaşuqci evlənmək üçün sənədlərini almaq məqsədilə 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna getdiyi zaman orada qətlə yetirilib. Xaşuqci Washington Post qəzetində yazdığı məqalələrdə Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın yürütdüyü siyasəti tənqid edirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG