Accessibility links

Səudiyyə Ərəbistanı Osama Bin Ladenin oğlu Həmzə Bin Ladeni vətəndaşlıqdan məhrum etdi


Səudiyyə Ərəbistanı Əl-Qaidənin keçmiş lideri Osama bin Ladenin oğlu Həmzə Bin Ladeni vətəndaşlıqdan məhrum edib.

Daxili İşlər Nazirliyinin sərəncamı barədə məlumat dövlət "Əl-Kura" qəzetində dərc edilib.

ABŞ Dövlət Departamenti Bin Ladenin oğlu haqda məlumat verənə bir milyon dollar məbləğində mükafat vəd edib.

Cümə axşamı ABŞ Dövlət Departamenti Bin Ladenin oğlu haqda məlumat verənə bir milyon dollar məbləğində mükafat vəd edib.

Hazırda 30 yaşı olduğu güman edilən Həmzə 2001-ci il 11 sentyabr terror hücumları ərəfəsində Əfqanıstanda atasının yanında olub.

2015-ci ildə Əl Qaidanın yeni lideri Ayman əl-Zavahiri tərəfindən təqdim olunan Həmzə gəncləri ekstremist ideologiyasına cəlb etməkdə fəallıq göstərir.

O, Qərb paytaxtlarında terror aktları törədilməsinə çağırıb və atasının qisasını alacağını vəd edib.

Əl Qaidanın banisi Osama bin Laden 2011-ci ildə ABŞ qüvvələrinin Pakistandakı iqamətgaha reydi zamanı öldürülüb.
Əl Qaidanın banisi Osama bin Laden 2011-ci ildə ABŞ qüvvələrinin Pakistandakı iqamətgaha reydi zamanı öldürülüb.

2017-ci ildə Dövlət Departamenti onu qlobal terrorist olaraq müəyyən edib.

O, həmçinin xaricdə amerikalıların hədəf alınmasına və Səudiyyə tayfalarını Yəməndəki Əl-Qaida təşkilatı ətrafında birləşərək Səudiyyə Ərəbistanı hökumətinə qarşı fəaliyyət göstərməyə çağırıb.

ABŞ hökuməti Həmzəni Əl-Qaidənin əsas liderlərindən biri hesab edir.

XS
SM
MD
LG