Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı dövlət prokuroru jurnalist Camal Xaşuqcinin öldürülməsində təqsirli bilinən beş nəfərə ölüm cəzası verilməsini tələb edib.
Kral höküməti Xaşuqcinin öldürülməsində 18 nəfəri təqsirli bilərək həbs etdiyini bildirib. Lakin ona hücum və öldürülməsinin onlarla əlaqənin olmadığını söyləyib. Türkiyə xüsusi xidməti və Avropa ölkələri səudiyyəlilərin versiyasını etibarlı hesab etmir və Xaşuqcinin qətlinin sifarişçilərinin vəliəhd şəhzadə Salmanla ilə əlaqəli ola biləcəyindən şübhələnir.
Vəliəhd şəhzadə qətli “iyrənc cinayət” adlandırıb və jurnalistin ölümünün "bütün səudiyyəlilər üçün çox acı bir hadisə" olduğunu deyib.
Jurnalist Camal Xaşuqci okytabrın 2-si Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Onun cəsədi hələ də tapılmayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Səudiyyə Ərəbistanını qətlin sifarişçisinin adını və cəsədin yerini açıqlamağa çağırıb. Səudiyyə höküməti bir neçə həftə ərzində jurnalistin yoxa çıxması ilə əlaqəsi olduğunu inkar edib.
Lakin oktyabrın 20-də Səudiyyə Ərəbistanı hakimiyyəti müxalif jurnalist Camal Xaşuqcinin ölümünü etiraf edib. Ər-Riyadın bildirdiyinə görə, jurnalist onu İstanbuldakı konsulluqda qarşılayan şəxslərlə dava nəticəsində ölüb.