Accessibility links

Səudiyyə Ərəbistanı qadınların avtomobil sürməsi qadağasını aradan qaldırıb


Səudiyyə Ərəbistanı bu gündən etibarən qadınların avtomobil sürməsi qadağasını aradan qaldırıb. Səudiyyə Ərəbistanı dünyada belə bir qadağanın mövcud olduğu yeganə ölkə idi.

İndiyədək səudiyyəli qadınlar hərəkət etmək üçün taksi xidmətlərinə və ya kişi qohumlarına arxalanırdılar.

Bu ayın əvvəli Səudiyyə Ərəbistanı hökuməti Britaniya, Livan, Kanada daxil olmaqla, daha öncə digər ölkələrdən sürücülük vəsiqəsi alan qadınlara sadə testdən sonra sürücülük vəsiqəsi verməyə başlayıb.

Buna baxmayaraq, ölkədəki qadınların əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Sürücülük kursları yalnız bir neçə ay öncə təklif edilməyə başladığından həmin kurslarda yalnız məhdud sayda qadınlar iştirak edə bilib.

Bloomberg xəbər agentliyinin səudiyyəli qadınlarla keçirdiyi müsahibələrdə qadağanın qaldırılmasının baxmayaraq, əksəriyyətin qeyri-müəyyənlik içində olduğu məlum olub. Qadınların sözlərinə görə, onlar avtomobil sürmək arzularında olsalar da, mədəniyyətlərinə hörmətlə yanaşmaq istəyirlər. Onlar əlavə ediblər ki, cəmiyyətin yeni reallığa uyğunlaşması üçün müəyyən vaxt tələb olunacaq.

Səudiyyə Ərəbistanında qanun iyunun 24-də qüvvəyə minir. Bu addım Şahzadə Xalid Bin Salmanın neftlə zəngin bu ölkənin müasirləşdirilməsi planı çərçivəsində atılıb.

Yeni qaydalar kişi himayədarlığı ilə vəsiqə almaq qararına etiraz edən bir neçə qadının nəzarət altına alınmasından sonra həyata keçirilir. Onların bəziləri məhkəmə qarşısına çıxarılacaq.

Səudiyyə Ərəbistanında qadınlar kişilərin icazəsi olmadan leqal qərarlar verə bilməz. Lakin şahzadə Salman qadınların təkbaşına maşın sürmələrinə imkan yaradılacağını və onların Məkkə və Mədinə kimi müqəddəs şəhərlərdə də sərbəst hərəkətinə yol veriləcəyini vəd etmişdi.

XS
SM
MD
LG