Accessibility links

Səudiyyə Ərəbistanı Sputnik vaksini vuran insanların ölkəyə girişinə icazə verir


Səudiyyə Ərəbistanı Rusiyanın Sputnik vaksinin vurduran insanların ölkəyə daxil olmalarına icazə verib. Vaksinin istehsalçıları bazar günü deyib ki, bu addım müsəlmanların dini ziyarətlər etmələrinə imkan verəcək.

“Səudiyyə Ərəbistanı Krallığı 1 yanvar 2022-ci ildən etibarən Rusiyanın Sputnik V vaksinini vuran insanların ölkəyə girişlərinə icazə verib,” Sputnik V-nin inkişafını maliyyələşdirən Rusiyanın Birbaşa Sərmayə Fondu açıqlamasında bildirib.

Fond bildirib ki, bu qərar “dünya boyu Sputnik V vaksini vurulan müsəlmanların İslam dinin ən müqəddəs şəhərləri olan Məkkə və Mədinədə Həcc və Ümrə ziyarəti etmələrinə imkan verəcək.”

Sputnik vurulan xarici turistlər özlərini 48 saatlıq karantinə almalı və PCR testi etməli olacaqlar.

Səudiyyə Ərəbistanı Sputnik vurduran ziyarətçiləri qəbul edən 100-dən çox ölkə sırasına daxil olub. Fond əlavə edib ki, dünyada yalnız 15 ölkə, o cümlədən Birləşmiş Ştatlar hazırda səyahətçilərin Sputnikdən başqa vaksinləri vurdurmalarını tələb edir.

Həcc ziyarətində adərən milyonlarla zəvvar iştirak edib və bu, pandemiya zamanı yoluxmaların kəskin şəkildə artmasına səbəb ola bilər.

Koronavirus pandemiyası səbəbilə Səudiyyə Ərəbistanı rəsmiləri artıq ikinci ildir Həcc zəvvarlarının sayını kəskin şəkidlə azaldıblar. Belə ki, bu il Həcc ziyarətində 60 min tam vaksin olmuş vətəndaş və krallığın sakinləri iştirak ediblər.

Koronavirus 2019-cu ilin dekabrında Çində meydana gələndən bəri beş milyon insandan çox ölümünə səbəb olub.

Rusiya Sputnik V-ni 2020-ci ilin avqustunda genişmiqyaslı klinik sınaqlardan öncə qeydiyyatdan keçirib ki, bu da ekspertlər arasında vaksinin sürətli inkişafına dair narahatlıqlara səbəb olub.
Ancaq vaksin o zamandan bəri The Lancet adlı aparıcı tibbi jurnalda tərc olunan hesabatda təhlükəsiz və 90 faiz effektiv elan olunub.

Buna baxmayaraq Rusiya peyvəndi Ümumdünya Səhiyyə Təşkilatı və ya Avropa İttifaqı və Birləşmiş Ştatların tibbi rəsmiləri tərəfindən təsdiqlənməyib.

XS
SM
MD
LG