Accessibility links

Səudiyyə Ərəbistanı və BƏƏ Yəmənə 200 milyon dollarlıq yardım ayırıb


Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri müqəddəs Ramazan ayı ərzində Yəmənə 200 milyon dollar məbləğində yardım göstərəcəklər. Bu barədə bazar ertəsi Birləşmiş Ərəb Əmirliklərinin Beynəlxalq Əməkdaşlıq üzrə dövlət naziri bildirib.

Hər iki ölkə Husilərin və hökumətin nəzarətində olan ərazilərdə yardımın təmin edilməsi üçün humanitar təşkilatlarla işləyir.

Bu yardım noyabr ayında elan edilən 500 milyon dollarlıq birgə təşəbbüsün bir hissəsidir.

Nazirliyin statistikasına əsasən, BƏƏ fövqəladə ərzaq yardımı, enerji təchizatı və səhiyyə xidmətlərini dəstəkləmək məqsədilə 2015-ci ilin aprel və 2018-ci ilin dekabr arasında 5,41 milyard dollar yardım ayırıb.

Beynəlxalq təşkilatların arasında BƏƏ-dən 287 milyon dollar məbləğində ən böyük ianə alan Dünya Ərzaq Proqramı olub.

BƏƏ 2015-ci ildə İranın dəstəklədiyi hüsilərə qarşı beynəlxalq səviyyədə tanınmış hökuməti bərpa etmək üçün müdaxilə edən Səudiyyə Ərəbistanının liderliyi ilə hərbi koalisiya çərçivəsində Yəməndə baş verən münaqişədə aparıcı rol oynayır.

Münaqişə nəticəsində on minlərlə insan öldürülüb və 2 milyondan çox insan yerindən didərgin düşüb.

Münaqişə nəticəsində 10 milyon yəmənli aclıqla qarşılaşıb.Körfəz bölgəsinin yoxsul ölkəsi olan Yəməndə münaqişə başlayandan üçüncü vəba epidemiyası baş qaldırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG