Accessibility links

Səudiyyə Ərəbistanı və Kanada arasında gərginlik


Səudiyyə Ərəbistanı Kanadadakı səfirini geri çağırıb. Ər-Riyaddakı Kanada səfiri isə persona non-qrata elan olunub və 24 saat ərzində ölkədən çıxmalıdır.

Krallıq Kanada ilə bütün yeni ticarət və investisiya tranzaksiyalarını dondurub.

Səudiyyənin Xarici İşlər Nazirliyinin məlumatına görə, bu qərar “Kanadanın açıq-aşkar Səudiyyə Ərəbistanının daxili işlərinə qarışmasına” cavab olaraq verilib. Belə ki, bu, beynəlxalq normalara ziddir, suverenlik prinsipini pozur.

Ötən həftə Kanadanın Xarici İşlər Nazirliyi qadın hüquqları uğrunda mübarizə aparan fəalların saxlanmasına görə Ər-Riyadı tənqid edib. Ottava onlara azadlıq tələb edib.

Səudiyyə Ərəbistanı qadınların avtomobil sürməsi qadağasını aradan qaldırıb. Səudiyyə Ərəbistanı dünyada belə bir qadağanın mövcud olduğu yeganə ölkə idi.

İndiyədək səudiyyəli qadınlar hərəkət etmək üçün taksi xidmətlərinə və ya kişi qohumlarına arxalanırdı.

İyun ayının əvvəli Səudiyyə Ərəbistanı hökuməti Britaniya, Livan, Kanada daxil olmaqla, daha öncə digər ölkələrdən sürücülük vəsiqəsi alan qadınlara sadə testdən sonra sürücülük vəsiqəsi verməyə başlayıb.

Saxlananlar arasında bloqqerRaif Bədavinin bacısı Samar da var. Bədavi “Səudiyyə Ərəbistanı Liberalları” saytının yaradıcısıdır. O, daha öncə İslam dinini tənqid etdiyinə görə 10 illik həbsə məhkum edilib.

Bədavinin həyat yoldaşı Kanadada siyasi sığınacaq alıb və Kanada vətəndaşı olub. Ottava Ər-Riyadı fəalın vətəndaşlığını ləğv etməyə, onu Kanadaya deportasiya etməyə çağırıb.

Kanada xam neftinin 10 faizini Səudiyyə ərəbistanından alır. İki ölkə arasında illik ticarət 3 milyard dollar təşkil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG