Accessibility links

Səudiyyə Ərəbistanı virtual G-20 sammitinə ev sahibliyi edir


Səudiyyə Ərəbistanı şənbə və bazar günü sənaye və inkişaf etməkdə olan ölkələrdən ibarət Böyük İyirmilik (G-20) qrupunun virtual zirvə görüşünə ev sahibliyi edir.

Ağ Evin məlumatına görə, ABŞ prezident Donald Trampın hər iki gün keçiriləcək tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Sammit COVID-19 pandemiyası səbəbilə bu il ilk dəfə olaraq onlayn keçirilir.

İştirakçıların koronavirusun dünya iqtisadiyyatına təsirini müzakirə edəcəkləri və iqtisadi bərpaya və inkişafa təkan verməyin yollarını nəzardən keçirəcəkləri gözlənilir.

Lakin müşahidəçilər deyir ki, iqtisadi sammit zamanı dünya liderlərinin bəzilərinin Türkiyədə səudiyyəli agentlər tərəfindən öldürülən jurnalist və yazıçı Camal Xaşuqçinin qətlinə görə sammitə ev sahibliyi edən vəliəhd şahzadə ilə qarşı-qarşıya gəlmələri mümkündür.

Böyük İyirmiliyə üzv ölkələr arasında Argentina, Avstraliya, Braziliya, Britaniya, Kanada, Çin, Fransa, Almaniya, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, Birləşmiş Ştatlar və Avropa İttifaqı daxildir.

Qrupun veb səhifəsində yerləşdirilən məlumata görə, onlar “dünyanın iqtisadi məhsulun təxminən 80 faizini, qlobal əhalinin üçdə birini və beynəlxalq ticarətin dörddə üçünü təmsil edir.”

XS
SM
MD
LG