Accessibility links

Səudiyyə Ərəbistanı: Xaşuqcinin qətli əvvəlcədən planlaşdırılmışdı


Səudiyyə Ərəbistanı səudiyyəli jurnalist Camal Xaşuqcinin Riyadın İstanbuldakı konsulluğunda qətli ilə bağlı açıqlamasını yenidən dəyişib və indi Türkiyədən aldığı məlumata əsasən, qətlin öncədən planlaşdırıldığını qənaətinə gəlib.

Cümə axşamı Səudiyyə Mətbuat Agentliyinin yayımladığı bəyanatı Səudiyyə Ərəbistanının baş prokuroru yayım.

Məhəmməd bin Salman
Məhəmməd bin Salman

Lakin bu açıqlamadakı naməlum hissə qətli kimin planlaşdırdığıdır. Bəyanatda deyilir ki, baş prokurorluq ədaləti bərqərar etmək üçün şübhəlilərlə bağlı istintaqını davam etdirir”. Səudiyyəlilər qətllə əlaqəsi olan beş rəsmini vəzifələrindən azad edib, 18 şübhəlini isə həbs edib.

ABŞ prezidenti Donald Tramp daxil olmaqla, beynəlxalq tənqidçilər deyib ki, Xaşuqcinin qətlinə görə, ölkənin de fakto lideri vəliəhd Məhəmməd bin Salman məsuliyyət daşıyır.

İlk öncə Səudiyyə rəsmiləri Xaşuqcinin üç həftə öncə konsulluğu tərk etdiyini və onun harda olduğuna dair məlumatlarının olmadığını söyləmişdilər. Daha sonra onlar Xaşuqcinin konsulluqda əlbəyaxa döyüş nəticəsində öldüyünü dedilər. Bu yaxınlarda isə səudiyyəlilər onun konsulluğu tərk etməyə çalışarkən boğularaq öldürüldüyünü söyləyiblər.

Onlara kim göstəriş verib. Siz onların bunu etdiyini etiraf edirsiniz, amma nə üçün onlar cəsədin harada olduğunu söyləmir? Onun ailəsi bunu bilmək və onu son mənzilə yola salmaq istəyir.
Mövlud Çavuşoğlu

Səudiyyəlilər qətlin öncədən planlaşdırıldığını etiraf etsə də, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, “hələ də cavablandırılmalı olan suallar qalır”. Buna səudiyyəlilərin nə üçün 18 şübhəlini həbs etdikləri daxildir.

“Onlara kim göstəriş verib. Siz onların bunu etdiyini etiraf edirsiniz, amma nə üçün onlar cəsədin harada olduğunu söyləmir? Onun ailəsi bunu bilmək və onu son mənzilə yola salmaq istəyir”, Çavuşoğlu deyib.

Nazir həmçinin prezident Rəcəb Tayyib Ərdoğanın həbs olunanların İstanbulda məhkməə çıxarılmaları ilə bağlı tələbini yenidən səsləndirib.

Türkiyənin hökümət tərəfdarı mediası və The Washington Post-un verdiyi məlumata görə, Xaşuqcinin qətlini təhqiq etmək üçün Türkiyəyə səfər edən ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Gina Haspelin Xaşuqcinin işgəncəsi və öldürülməsini qeydə alan səsyazmanı dinlədiyi bildirilir.

XS
SM
MD
LG