Səudiyyə Mətbuat Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya hökumət tərəfdarı qüvvələrə Mərib şəhərinə hücumun qarşısını almaq üçün hava Yəməndə əlavə hava hücumları keçirdiyni bildirib.
Hava hücumları Husi üsyançılarının dron hücumunun Ər Riyadda neft emalı zavodunda yanğına səbəb olmasından bir gün sonra həyata keçirilib. Səudiyyə hökuməti yanğının söndürldüyünü bildirib.
Səudiyyə Mətbuat Agentliyi hücumun “Husi yarı-hərbi qrupunun Məribə doğru irəliləməsinin qarşısını almaq cəhdi olduğunu” bildirib.
İranın dəstəklədiyi Husi üsyançılar Yəmənin şimal hissəsinin nəzarətini tam ələ keçirmək kampaniyası çərçivəsində mərkəzi Mərib vilayətini Yəməninin beynəlxalq icitimaiyyət tərəfindən tanınan hökumətinin əlindən almaq istəyir.
Səudiyyənin başçılıq etdiyi koalisiya Yəməndəki vətəndaş müharibəsinə 2015-ci ildə mübarizə aparan hökumətət yardım etmək üçün qoşulub.
Birləşmiş Millətlət Təşkilatının Uşaq Fondunun məlumatına görə, müharibə təkcə bu ay səkkiz uşağın ölümü, 33-ün yaralnamasına səbəb olub.
“Biz bu hücumları ən qəti şəkildə pisləyirik,” UNICEF şənbə günü bəyanatında bildirib. “Uşaqlar və onların ailələri ətraflarında baş verən münaqişədə ən yüksək bədəli ödəyənlər olur.”
UNICEF bildirib ki, uşaq ölümləri ilə bağlı real göstəricilər “ehtimal ki, daha yüksəkdir” və müharibə edən fraksiyaları təhlükəyə açıq vətəndaşları qorumağa və mülki icmalara hücumları dayandırmağa çağırıb.