Accessibility links

Səudiyyə Ərəbistanının başçılıq etdiyi qoşunlar Hodeida hava limanını ələ keçirib


Yəmən rəsmiləri deyir ki, Səuddiyə Ərəbistanın başçılıq etdiyi qüvvələr üsyançıların nəzarət etdiyi Hodeida şəhərində hava limanını ələ keçirib.

Yəmənin sürgündə olan höküməti şənbə səhər bəyanat verərək mühəndislərin Husi adı ilə tanına şiə qiyamçılarının orada yerləşdirdiyi minaları təmizləməyə çalışdığını deyib.

Husilər hava limanının nəzarətini itirdiklərini açıqlamayıb.

Hodeida Hava Limanı 600 min əhalisi olan şəhərin cənubunda yerləşir. Hələ ki, Hodeidanın mərkəzi və əsas limanında döyüşlər başlamayıb.

Ölənlərin sayı artır

İranın dəstəklədiyi Husi üsyançılarını Qırmızı Dənizdə yerləşən və aclıq astanasında olan ölkəyə ərzaq və yardım ləvazimatlarının daxil olduğu yeganə liman Hodeidadan çıxarmaq məqsədilə aparılan kampaniyanın üçüncü günündə ölənlərin sayl artıq 280-ə çatıb.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmriliklərindən ibarət koalisiya Husi mövqelərini bombardman edib. Üsyançılar isə yaydıqları bəyanatda onların hökümət tərəfdarı qüvvələrə balistik raket atdıqlarını bildirib, amma ölənlərin sayı ilə bağlı heç bir məlumat verməyib.

Döyüş dünya boyu məsəlmanlar Ramazan bayramını qeyd etdiyi vaxta təsadüf edib. Lakin Hodeidada insanlar şəhərin mümkün müsadirəsinə hazırlıq olaraq əllərinə keçən çox az sayda ərzağı toplayıb saxlayıb. Şəhərin küçələrində isə döyüşçülərdən başqa heç kəs olmayıb.

Yəmən rəsmiləri deyib ki, çərşənbə günü hücum başlayandan bəri onlarla hökümət tərəfdarı döyüşçü öldürülüb. Onların çoxu yer minaları və yol kənarı bombaların partlaması nəticəsində həlak olub.

Yardım işçiləri narahatdır

Yardım işçiləri xəbərdarlıq edib ki, Hodeida limanına hücum nəticəsində Yəmənə daxil olan ərzaq və humanitar yardımın 70 faizin gətirildiyi yol bağlana bilər. Yəmənin 27 milyon insandan ibarət əhalisinin üçdə ikisi yardımdan asılıdır, 8,4 milyon insan isə aclıq riski ilə üz-üzədir.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Husiləri limandan ölkəyə İrandan silah və raket daxil etmək üçün istifadə etməkdə günahlandırır. Üsyançılar sərhəddə yerləşən Səudiyyə Ərəbistanı şəhərlərinə balistik raketlər atır. Bundan əlavə liman 2014-cü ildən bəri Yəmənin şimalının böyük bir hissəsinə nəzarət edən Husilər üçün gəlir mənbəyidir.

XS
SM
MD
LG