Accessibility links

Səudiyyə Ərəbistanından qaçan qızın sığınacaq məsələsi hələ ki, həllini tapmayıb


Səudiyyə Ərəbistanından qaçan qızın sığınacaq məsələsi hələ ki, həllini tapmayıb. Bunu Avstraliyanın xarici işlər naziri Banqkokda müxbirlələ görüşü zamanı deyib.

Maris Peyn bildirib ki, həmin qızın onunla bərabər Avstraliyaya getməsi hazırkı anda mümkün deyil. O, hər bir ölkənin sığınacaq üçün müəyyən qaydaları olduğunu və Avstraliyanın öz sisteminə uyğun şəkildə prosesi davam etdirəcəyini deyib.

Bundan əvvəl Avstraliyanın Milli Təhlükəsizlik Departamenti BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Rahaf Məhəmməd Əl-Qunun barəsində müraciətini nəzərdən keçirəcəyini bildirib.

Tailand immiqrasiya polis rəyisi Suraçate Hakparn çərşənbə günü Rahafın istədiyi yerə səyahət etmə seçimi olduğunu deyib.

Əl-Qunun ailəsinin zorakılığından başqa bir ölkəyə sığınmaq istədiyini deyib. O, saçını kəsdiyi üçün 6 ay otaqda bağlı saxlanıldığını və geri qayıtsa, ailəsi tərəfindən öldürüləcəyindən əmin olduğunu bildirib.

BMT onun məsələsinin nəzərdən keçirilməsinin 7 günəqədər sürə biləcəyini bəyan edib.

XS
SM
MD
LG