Accessibility links

Səudiyyə Ərəbistanının qəbristanlığındakı partlayış zamanı çox sayda insan yaralanıb


Fransa rəsmilərinin bildirdiyinə görə, çərşənbə günü Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki qəbiristanlıqda Birinci Dünya Müharibəsinin bitməsinə həsr edilmiş beynəlxalq tədbir zamanı baş verən partlayışda çox sayda insan yaralanıb.

Fransa Xarici İşlər Nazirliyi qeyri-müsəlman ölülər üçün qəbiristanlıqda təşkil edilən mərasimdə bir neçə ölkənin nümayəndələrinin olduğunu bildirib. Qurbanların şəxsiyyəti məlum deyil.

Çərşənbə günü baş verən partlayış oktyabrın 29-da Fransanın Ciddə şəhərindəki konsulluğunun mühafizəçisinin bıçaqla yüngül yaralanmasından sonra baş verib. Konsulluğun mühafizəçini bıçaqlayan səudiyyəli həbs edilib. Hücumun səbəbi barədə məlumat verilməyib.

Fransa son bir ayda xarici əsilli müsəlmanların iki ölümcül hücumuna məruz qalıb. Paris yaxınlığında Məhəmməd Peyğımbərin karikaturasını nümayiş etdirdiyinə görə bir müəllimin başı kəsilib və daha sonra isə ölkənin cənubundakı Nitsa şəhərindəki kilsədə üç nəfər öldürüüb.

Məhəmməd Peyğəmbərin təsvirləri Yaxın Şərq və Cənubi Asiyada bəzi müsəlmanların etirazına səbəb olub və Fransa məhsullarının boykotuna çağırılıb. Fransa isə Səudiyyə Ərəbistanında və əksər müsəlman ölkələrindəki vətəndaşlarını gərginliyin artması fonunda "maksimum hazır vəziyyətdə" olmalarını tövsiyə edib.

Bir sıra Avropa ölkəsi çərşənbə günü Birinci Dünya Müharibəsinin sona çatmasının 102-ci ildönümünü qeyd edib. Qanunvericiliyə uyğun olaraq adının açıqlanmasını istəməyən Fransa rəsmiləri Ciddədəki hücumu qınayıb.

Partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb. Nə Səudiyyə Ərəbistanı rəsmiləri, nə də krallığın dövlət mediası Ciddədəki hücum barədə məlumat verib.

XS
SM
MD
LG