Accessibility links

Həcc ziyarəti üçün koronavirus qaydaları


Səudiyyə Ərəbistanı builki Həcc ziyarəti üçün sağlamlıq protokolları hazırlayıb.

Krallığın Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin bazar günü etdiyi məhdudiyyətlər koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilir.

Səudiyyə Ərəbistanı keçən ay builki Həcc ziyarətinə məhdud sayda insana icazə veriləcəyini bildirib.

Krallıq müasir dövrdə ilk dəfə olaraq bu il xaricdən gələn müsəlmanların ziyarətinə qadağa qoyulduğunu elan edib.

Bazar günü elan edilən təhlükəsizlik tədbirlərinə aşağıdakılar daxildir:

*Hər zaman və hər yerdə maskaların taxılması;

*Hər zəvvar arasında azı bir metr yarım məsafə saxlanması;

*Kəbəyə toxunulması və ya öpülməsinin qadağan edilməsi;

*Eyni vaxtda 50 zəvvarın birlikdə “şeytanı daşlama” mərasimində istifadə edilən daşların sterilizasiya edilməsi;

*Çadır üçün ayrılmış 50 kvadratmetrlik ərazidə 10 zəvvardan çox olmaması;

Həcc və Ümrə işləri üzrə nazirliiyin məlumatına görə, qadağa artıq krallıqda olanlara aid deyil.

Şərhlərə bax

XS
SM
MD
LG