Accessibility links

Səudiyyə kralı neft tankerlərinə hücumu terror aktı adlandırıb


Səudiyyə kralı Salman
Səudiyyə kralı Salman

Səudiyyə Ərəbistanının kralı Salman Tehranı “Terroçu yaraqlıları” dəstəkləməkdə ittiham edib.

Onun sözlərinə görə, İran bununla dünyada neft təhcizatı və regional təhlükəsizliyə əngəl törədir.

AzadlıqRadiosunun Reuters və digər agentliklərə istinadla verdiyi məlumata görə, Salman bunu iyunun 1-də “İslam Dövləti Təşkilatı” ölkələrinin Məkkədə keçirilən sammitində çıxış edərkən deyib.

O, bu yaxınlarda Birləşmiş Ərəb Əmirlikləri sahillərində neft tankerləri və Səudiyyə Ərəbistanına məxsus neft kəmərlərinə edilmiş silahlı hücumları terror aktı adlandırıb.

Kral qeyd edib ki, bu hücum təkcə onun ölkəsinə yox, ümumilikdə region ölkələri və dünyanın neft təhcizatına qarşı yönəlib.

Salman qeyd edib ki, neft kəmərlərinə dronla edilmiş hücumu, İranın dəstəklədiyi Yəməndəki “Huti” yaraqlıları törədiblər.

Qeyd edək ki, sünni müsəlman ölkəsi olan Səudiyyə Ərəbistanı ABŞ-ın regiondakı əsas müttəfiqlərindən biridir.

Şiə dövləti olan İran isə regionda öz nüfuzunu artırmağa çalışır və Səudiyyə Ərəbistanının əzəli rəqibidir.

Məsələn İran, Suriya müharibəsində prezident Bashar Assadın tərəfini saxlayır.

Həmçinin Tehran, Yəməndə sünni hakimiyyətinə qarşı çıxan “Huti” üsyançılarını dəstəkləyir.

Salman mayın 30-da ərəb liderlərinin Məkkə sammitində beynəlxalq aləmi, İran rejiminin digər ölkələrin daxili işlərinə qarışmasına yol verməməyə çağırıb.

Səudiyyə Ərəbistanı İrana qarşı vahid mövqedən çıxış etmək üçün təcili sammit çağırıb.

İran və Birləşmiş Ştatlarla yaxın əlaqələri olan İraq isə İran rejiminə qarşı sərt siyasətə qarşı çıxıb və bildirib ki, İranın təhlükəsizliyi və sabitliyi “Ərəb və müsəlman ölkələrinin marağında” olmalıdır.

- AzadlıqRadiosu

XS
SM
MD
LG