Accessibility links

ABŞ dövlət katibi Pompeo şahzadə Məhəmməd Bin Salmanla görüşüb


Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanı və körfəzdəki digər müttəfiqləri ilə Səudiyyə Ərəbistanının neft obyektlərinə, dövlət katibi Mayk Pompeonun krallığa qarşı müharibə aktı kimi qiymətləndirdiyi hücuma cavabı müzakirə edir.

Birləşmiş Ştatlar prezident Donald Tramp çərşənbə günü fikrini çox ehtiyatlı ifadə edərək, sentyabrın 14-də Səudiyyə Ərtəbistanının netf hasilatının demək olar ki, iki dəfə azalmasına səbəb olan hücumda əli olduğunu inkar edən İranla müharibə üçün qısamüddətli müharibənin variantlarının çox olduğunu bildirib. O, Tehrana qarşı sanksiyaların artırılmasına göstəriş verib.

"Bu, əvvəllər görünməmiş genişmiqyaslı bir hücumdur" deyə, Pompeo şahzadə Məhəmməd bin Salmanla danışıqlar üçün Ciddəyə eniş etməzdən əvvəl jurnalistlərə bildirib. “Səudiyyə millətinə hücum edilib. Bu, onların torpaqlarında baş verib. Bu, birbaşa onlara qarşı müharibə aktı idi” - deyə, əlavə edib.

Səudiyyə Ərəbistanın Berlindəki səfiri Deutschlandfunk radiosuna müsahibəsində "hər şey masa üstündə" və seçimlərin ehtiyatla müzakirə olunmalı olduğunu deyib.

Hücumu "qlobal imtahan" kimi xarakterizə edən Ər-Riyad çərşənbə günü Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda istifadə olunan 25 İran dronu və raketlərinin qalıqlarını nümayiş etdirib.

Səudiyyə Ərəbistanının de-fakto hökmdarı vəliəhd Məhəmmədlə görüşdən sonra Mayk Pompeo cümə axşamı Əbu-Dabi şahzadəsi ilə görüşmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb.

"Bu təxribatçı hücumlar regional təhlükəsizliyi pozmaq, qlobal enerji təchizatına və qlobal iqtisadiyyata zərər vurmaq məqsədi daşıyır" , Mayk Pompeo şahzadə Məhəmməd Bin Salmandan sitat gətirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG