Accessibility links

Səudiyyəli gənc edam edilməyəcək


Ölüm hökmü ilə üzləşən səudiyyəli yeniyetmə şiələrin etiraz aksiyasında uşaq olarkən iştirak etdiyi üçün edam edilməyəcək.

2014- cü ildə 13 yaşı olarkən həbs edilən Murtaya Qüreyrisə qarşı ölüm əvəzinə həbsxanada qalma hökmü çıxarılıb.

Bazar günü Səudiyyə Ərəbistanı məhkəməsi Qüreyrisə son 4 il sınaq müddəti də daxil edilməklə, 12 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb. Bu, onun 2022-ci ilə azad edilə biləcəyi deməkdir.

Səudiyyə Ərəbistanının rəsmisi terror şəbəkəsinə cəlb edildikdən sonra Qüreyrisin Molotov kokteylləri düzəltdiyini, polisə və əczaxanaya edilən bir sıra silahlı hücumlar zamanı onlardan da istifadə edildiyini deyib. İddia edilən bəzi cinayətlər zamanı Qüreyrisin 10 yaşı olub.

İnsan haqları qrupları keçən ilin oktyabr ayında jurnalist Camal Xaşuqçinin qətli və qadın hüquq müdafiəçilərinin hələ də həbsdə saxlandığına görə Səudiyyə Ərəbistanını kəskin tənqid atəşinə tutur.

XS
SM
MD
LG