Accessibility links

Twitter-in iki sabiq işçisi casusluqda ittiham edilir


Birləşmiş Ştatların Ədliyyə Nazirliyi iki sabiq Twitter işçisini Səudiyyə Ərəbistanının istifadəçilərinin xeyrinə casusluqda ittiham edib.

San-Fransisko məhkəməsi Əli Əlzəbara və Əhməd Əbuəmmonu müəyyən Twitter istifadəçiləri haqqında məlumat əldə etmək üçün öz səlahiyyətlərindən istifadə etməkdə ittiham edib.

Birləşmiş Ştatlar vətəndaşı olan Əbuəmmo çərşənbə günü həbs edilib. Səudiyyə Ərəbistanı vətəndaşı olan Əlzəbara isə hələ azadlıqdadır.

Prokurorlar Əbuəmmonun saxta sənədlərdən istifadə etdiyini və Federal Kəşfiyyat Bürosunun agentlərini aldatdığını deyib.

Əlzəbara Səudiyyə Ərəbistanının agentləri tərəfindən öldürüldüyü və parçalandığı iddia edilən Washington Post qəzetinin jurnalisti Camal Xaşoqçinin Səudiyyə Ərəbistanının vətəndaşı olan bir dostu da daxil edilməklə, 2015-ci ildə 6 mindən çox Twitter istifadəçisinin şəxsi məlumatlarına daxil olmaqda ittiham olunur.

Üçüncü, Səudiyyə Ərəbistanı vətəndaşı olan Əhməd Əlmutairi adlı şəxs isə casusluqda və Twitter vasitəçiləri ilə Səudiyyə rəsmiləri arasında vasitəçilikdə günahlandırılır.

Həm Əlzəbaranın, həm də Əlmutairinin Səudiyyə Ərəbistanında olduğu güman edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG