Accessibility links

Səudiyyə vəliəhdinin Xaşuqcini "güllə" ilə vurmaqla hədələdiyi bildirilir


New York Times-ın cümə axşamı verdiyi məlumata görə, səudiyyəli jurnalist Camal Xaşuqci öldürülmədən bir il öncə vəliəhd şahzadə Məhəmməd bin Salman yardımçısına deyib ki, əgər jurnalist ölkəyə geri dönməsə və höküməti tənqid etməyə son qoymasa, o, Xaşuqcini "güllə" ilə vuracaq.

Qəzet kəşfiyyat hesabatlarından xəbərdar olan ABŞ və xarici rəsmilərə istinadən bildirib ki, vəliəhd şahzadə yardımçısına bu sözləri Xaşuqci ötən oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülmədən çox öncə, 2017-ci ildə söyləyib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və ABŞ prezidenti Donald Tramp
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və ABŞ prezidenti Donald Tramp

Qəzetdə şahzadənin danışığının Amerikanın kəşfiyyat idarələrinin əlinə keçdiyi qeyd edilib.

ABŞ-ın kəşfiyyat təhlilçiləri “güllə” sözünə metaforik məna verib, yəni onlar vəliəhd şahzadənin Xaşuqcinin mütləq güllələnməsini istəmədiyini söyləyib, lakin deyib ki, bu, şahzadənin Xaşuqcini ölkəyə geri dönmədiyi təqdirdə​öldürmək niyyətində olduğuna işarə edib.

İlk olaraq Xaşuqcinin yoxa çıxması ilə bağlı hər hansı məlumata sahib olduğunu inkar edən Ər-Riyad daha sonra ziddiyətli açıqlamalar verib və o zamandan bəri şahzadənin onun ölümündə əli olmadığını təkid edir.

Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin nümayəndələri, Mərkəzi Kəşfiyyat Agentliyi və Milli Təhlükəsizlik idarəsi Reuters-in New York Times-da dərc olunan xəbərlə bağli şərh vermək tələbinə cavab verməyiblər.

ABŞ kəşfiyyat agentlikləri cəsədi hissələrə bölünən Vaşinqton Post qəzetinin köşə yazarı Xaşuqcinin qətl əməliyyatına vəliəhd şahzadənin göstəriş verdiyinə inanır.

Camal Xaşuqci
Camal Xaşuqci

The New York Times-ın məqaləsi Ağ Evin Xaşuqcinin qətlinə vəliəhd şahzadənin göstəriş verib-vermədiyinə və administrasiyanın de fakto liderə sanksiyalar tətbiq etmək niyyətində olub-olmadığına dair bəyanat yayması üçün qoyulan son möhlət tarixindən bir gün öncə dərc olunub.

Birləşmiş Ştatlar jurnalistin qətlində əli olan 17 Səudiyyə rəsmisinə sanksiyalar tətbiq edib, lakin ABŞ prezidenti Donald Tramp vəliəhd şahzadənin yanında olduğunu söyləyib.

Xaşuqcinin qətlini təhqiq edən Birləşmiş Millətlər Təşkilatının insan haqları müstəntiqi Türkiyədə bir həftəlik səfərdədir və onun cümə axşamı İstanbulun baş prokuroru ilə görüşəcəyi gözlənilir.

ABŞ-ın başçılığı ilə Xaşuqcinin qətli ilə bağlı aparılan istintaq cümə axşamı amansız qətlin Səudiyyə rəsmiləri tərəfindən “planlaşdırılıb”, “yerinə yetirildiyə” dair dəlilin olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG