Accessibility links

Səudiyyəli qızın müraciəti nəzərdən keçirilir


BMT qaçqın agentliyi Tailanda qaçan 18 yaşlı səudiyyəli qıza qaçqın statusu verilməsi barədə qərar çıxarıb və Avstraliya hökumətindən ona yaşayış icazəsi verilməsini xahiş edib.

Avstraliyanın Milli Təhlükəsizlik Departamenti BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Rahaf Məhəmməd Əl-Qunun barəsində müraciətini nəzərdən keçirəcəyini bildirib.

Tailand immiqrasiya polis rəyisi Suraçate Hakparn çərşənbə günü Rahafın istədiyi yerə səyahət etmə seçimi olduğunu deyib.

“Mənə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı tərəfindən bildirilib ki, ona bir neçə ölkədən sığınacaq təklif edilib. Amma biz tələsə bilmərik. Bu proses azı bir neçə gün çəkəcək. Biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarına proseduru yerinə yetirməsi üçün vaxt verməliyik” - deyə, Suraçate Hakparn bildirib.

Tailand immiqrasiya polis rəisi bildirib ki, çərşəmbə axşamı Rahaf Banqkoka gələn atası və qardaşı ilə görüşməkdən imtina edib.

Rahaf şənbə günü ailəsindən qaçaraq Küveytdən təyyarə ilə Banqkoka gəlib. Rahaf geri qaytarıldığı təqdirdə ailəsinin onu öldürəcəyini iddia edir.

Tailanda çatdıqdan sonra ölkəyə daxil olmasına icazə verilmədiyi halda, Rahaf hava limanının otel otağında barrikada qurub və tvitterdə şəkillərini və şərhlər yerləşdirərək qlobal diqqəti üzərinə çəkib.

XS
SM
MD
LG