ABŞ-ın Azərbaycandakı Səfirliyinin və "One Minute" Akademiyasının 25 gənc azərbaycanlı üçün təşkil etdiyi mobil telefonlardan istifadə edərək qısa videoların hazırlanmasına həsr olunmuş bir həftəlik təlim seminarı başa çatıb.
“Kursda iştirak edənlərin hamısı öz videolarını hazırlayıb. Biz həmin videoların bəzilərini təqdim edəcəyik. Birinci video Lalə Əbdülrəhimlinin Şəki Xalq Tətbiqi Sənəti Muzeyinə həsr olunub. Tarixi yerlər və hekayələr Lalənin ilham aldığı əsas mənbədir. Siz də bu bir dəqiqəlik qısa video çarxdan zövq alın və öz şərhlərinizi qeyd etməyi unutmayın!” səfirliyin Facebook səhifəsində yaydığı məlumatda deyilir.