Qabaqcıl sensor texnologiyası suyun keyfiyyətindən tutmuş, hava çirkliliyi və enerjidən istifadəyə kimi bir çox şeyi yoxlaya bilir. İndi Vaşinqton Universitetinin alimləri Milli Elm Fondunun dəstəyi ilə smartfonlardakı sensorları tibbi alətlərə çevirir.
İnformatika üzrə mütəxəssis Şvetek Patel və onun komanası yeni hissetmə sistemi inkişaf etdirir.
Adətən əgər bir insan anemikdirsə, onun qanı daha az qırmızı olur və biz bundan faydalana bilərik. Barmağı telefonun kamerasının önünə qoyanda, kamera qanın rəngini yoxlaya bilir.Edvard Vanq
“Əvvəl biz diqqətimizi enerji və suya nəzarət sahəsinə yönəltmişdik,” o deyir.
Onlar yeni nəsil ağıllı sensorlar inkişaf etdirib. Bu sensorlar evdəki elektrik xəttinə müdaxilələri və ya su təzyiqindəki dəyişiklikləri yoxlayır.
Onun inkişaf etdirdiyi texnologiyanın böyük hissəsi artıq sənaye səviyyəsində istifadə olunur. İndi isə Patel və onun komandası diqqəti sağlamlığa nəzarət edən texnologiyanın inkişafına yönəldib.
“Biz illər boyu səsə əsaslanan texnologiya ilə işləmişik, hər hansısa bir səsi işarəyə çevirmişik. İndi də həmin üsulu başqa sahələrdə tətbiq edəcəyik,” Patel söyləyir.
Onlar smartfonların funksionallığından faydalanmaq istəyirlər.
İstifadəçilərin icazəsi ilə bu applikasiya smartfonlardakı mikrofondan istifadə edərək arxa planda öskürək səsi kimi səsləri dinləyir və həkimə getməyin zəruri olduğuna işarə edən tendensiya axtarır.
Bu applikasiya telefonun kamerasından istifadə edərək dəridəki kapilyar mayelərin rəngini analiz edərək, qandakı hemoqlobin səviyyəsini ölçür.
“Adətən əgər bir insan anemikdirsə, onun qanı daha az qırmızı olur və biz bundan faydalana bilərik. Barmağı telefonun kamerasının önünə qoyanda, kamera qanın rəngini yoxlaya bilir,” deyə Vaşinqton Universitetindən Edvard Vanq bildirir.
Bu test kameradan istifadə edib, yeni doğulan körpələrdə sarılığın olduğundan narahat olan valideynlərə yardım edir.
“Sarılıq elə bir xəstəlikdir ki, təcrübəli həkimlər uşağın müalicəyə ehtiyacının olub-olmadığını, vəziyyətinin ciddi olub-olmadığını asanlıqla müəyyən edə bilir. Amma ilk dəfə valideyn olan bir insan mümkündür ki, sarılığın nə olduğnu heç bilməsin,” Aleks Mariakakis söyləyir.
Tədqiqatçılar deyir ki, smartfonlardakı sensonrlar artıq çox məqsədlə istifadə olunur, amma məhz sağlamlıq cəhətindən onların çox böyük faydaları ola bilər.