Accessibility links

Saakaşvili 50 gün davam edən aclıq aksiyasını sonlandırmağa razılaşıb


Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili cümə günü həbsxanada 50 günlüaclıq aksiyasına son qoymağa razılaşıb. Onun aclıq aksiyası keçmiş sovet ölkəsində gərginliklər və Birləşmiş Ştatların narahatlığını ifadə etməsinə səbəb olub.

Saakaşvili eyiraz aksiyasını rəsmilər onu həbsxanadakı xəstəxanadan hərbi xəstəxanaya köçürməyi təklif edəndən sonra dayandırmağa razılaşıb. Müstəqil insan hüquqları komissarı onun həsxanadakı xəstənada digər məhbuslar tərəfindən pis rəftara məruz qaldığını və müvafiq müalicə almadığını bildirib.

Reutersin televiziya görüntülərində iki təcili tibbi yardım maşınının cümə günü 53 yaşlı Saakaşvilinin paytaxt Tbilisidə saxlandığı həbsxanadan Qori şəhərindəki hərbi hospitala doğru yola düşdüyü göstərilib.

Sputnik Gürcüstan xəbər agentliyinin istinad etdiyi bəyanatda sabiq prezident bildirib ki, o, xəstəxanaya köçürüləndən sonra yemək yeyəcək, amma “qanunsuz həbsini” heç vaxt qəbul etməyəcək.

Saakaşvili oktyabrın 1-də yerli seçkilərdən öncə müxalifəti dəstəkləmək məqsədilə sürgündən geri dönəndən sonra həbs olunub. O, 2018-ci ildə qiyabi olaraq 2004-2013-cü illərdə hakimiyyətdə ikən səlahiyyətindən sui-istifadə etməkdə ittiham olunduğu üçün altı il müddətinə həbs cəzası ilə üzləşir. O bu ittihamların siyasi motivli olduğunu bildirərək, rədd edir.

Gürcüstanın insan hüquqları komissarı çərşənbə günü demişdi ki, Saakaşvili bir ay yarım davam edən aclıq nəticəsində ürək çatışmazlığı və koma riskinin qarşısını almaq üçün reanimasiya şöbəsinə köçürülməli idi.

O cümə gününədək mülki xəstəxanaya köçürülməkdə israr edirdi.

Saakaşvili 2003-cü ildə dinc “Qızılgül İnqilabı” nəticəsində hakimiyyəti ələ keçirib, hakimiyyəti dövründə Qərb tərəfdarı islahatlar həyata keçirib və Rusiya ilə faciəvi müharibə zamanı Gürcüstana başçılıq edib.

Onun vəziyyəti səbəbilə son həftələrdə minlərlə insan küçələrə axışıb.

Gürcüstanın prezidenti Salome Zurabişvili Saakaşvilinin əfv olunmayacağını bildirib. Birləşmiş Ştatlar cümə axşamı Gürcüstanı onunla “ədalətli və ləyaqətli” şəkildə rəftar etməyə çağırıb və onun vəziyyətini yaxından izlədiyini bildirib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG