Accessibility links

Saakaşvili gürcüləri "hakimiyyətə qarşı kütləvi itaətsizliyə" çağırıb


Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rustavi-2 telekanalının efirində Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələrini tanımaqdan imtina edib və vətəndaşları kütləvi etiraz aksiyalarına çağırıb.

Seçkilərin nəticələri rəsmi olaraq noyabrın 29-u elan olunacaq. Lakin ekzitpolların verdiyi məlumata görə, seçkilərin ikinci turunda 52-55% səslə “Gürcüstan arzusu” iqtidar partiyasının rəsmi olaraq dəstəklədiyi müstəqil deputat Salome Zarabişvili qalib gəlib. Müxalifətdən olan namizəd Qriqol Vaşadze isə səslərin 42-45%-ni toplayıb.

“Seçkilər ümumi basqı altında keçirildiyi üçün biz bu seçkiləri tanımırıq. Mən bütün Gürcüstan vətəndaşlarını sabahdan hakimiyyətə kütləvi itaətsizlik mövqeyinə keçməyə çağırıram. Mən Gürcüstan polisinin xalqın tərəfinə keçməsinə çağırıram. Mən əsgərləri qanunsuz əmrləri yerinə yetirməməyə çağırıram., Saakaşvili söyləyib.

Gürcüstan prezidentliyinə seçki yarışları bir neçə skandallar ilə qeyd olunub. Müxalifət hökuməti seçicilərə kütləvi şəkildə “rüşvət” vermək cəhdində günahlandırıb: səsvermə gününə bir neçə gün qalmış baş nazir Mamuka Baxtadze yeni ilə qədər gürcü sakinlərinin təxminən 600 minədək Gürcüstan vətəndaşının 2000 lariyə qədər gecikmiş borclarnın silindiyini bildirib.

Hazırki prezident seçkiləri ölkədə sonuncu birbaşa prezident seçkilədir. Növbəti dövlət başçısını 300 nümayəndədən ibarət parlamentin seçicilər kollegiyasında olan deputatlar və bələdiyyə nümayəndələri seçəcək.

XS
SM
MD
LG