Accessibility links

Saakaşvili Ukrayna seçkilərini şərh edib


Gürcüstanın sabiq prezidenti, Odessa regional administrasiyasının keçmiş rəhbəri Mixail Saakaşvili daha öncə aprelin 1-də Ukraynaya köçməyi planlaşdırdığını bildirib. O bunu yalnız hakimiyyətdə olan Ukrayna prezidenti Petro Poroşenkonun prezident seçkilərinin ikinci mərhələsinə keçmədiyi halda edəcəyini söyləyib. Nastoyaşeye Vremya telekanalının efirində aparıcının sualına cavab verən Saakaşvili deyib ki, "Poroşenkonun hakimiyyəti itirdiyi halda, onun Saakaşvilini ölkəyə buraxmamaq əmri qüvvədən düşmüş olacaq" və o mütləq "Ukraynaya qayıtmaq haqqından istifadə edəcək".

Nastoyaşeye Vremyanın canlı yayımında Saakaşvili Ukraynada prezident seçkilərinin birinci mərhələsinin lideri Vladimir Zelenski halda müsbət fikir bildirib. Daha öncə jurnalistlərlə söhbətində Zelenski Gürcüstanın keçmiş prezidentini tərifləyib və korrupsiyaya qarşı mübarizədə onunla əməkdaşlığa qarşı olmadığını bildirib.

Saakaşvili mart ayının ortalarında Poroşenkonun seçkilərin ikinci mərhələsinə keçməyəcəyinə əmin olduğundan Varşavadan Kiyevə bilet aldığını və aprel 1-i günortadan sonra Ukraynanın paytaxtına gələcəyini bildirmişdi. 2015-ci ildə Saakaşvili Ukrayna vətəndaşlığını qəbul edib və Odessa vilayətinin qubernatoru olub. İki il sonra o, Poroşenkonun fərmanı ilə vətəndaşlıqdan məhrum olunub. Saakaşviliyə 2021-ci ilə qədər Ukrayna ərazisinə girmək qadağan edilib.

Rəsmi qadağaya baxmayaraq, 2017-ci ilin sentyabrında Saakaşvili Ukraynaya keçə bilib. Onun tərəfdarları ona Polşa ilə sərhəddən keçməyə kömək edib. Hökumət Saakaşvilini həbs etməyib və Saakaşvili bir neçə ay ərzində Ukraynada Poroşenkoya qarşı etiraz aksiyaları keçirib.

Ukrayna prezident seçkilərində Saakaşvili heç bir namizədi fəal təbliğ etməyib.​

XS
SM
MD
LG