Accessibility links

Saakaşviliyə dəstək üçün Tbilisidə minlərlə insan mitinq keçirir


Minlərlə insan Gürcüstanın paytaxtı Tbilisidə küçələrə çıxaraq keçmiş prezident Mixeyil Saakaşvilinin azad edilməsini tələb edib. O, bu ayın əvvəlində ölkədə uzun sürən siyasi böhranın arından Gürcüstana geri dönərkən həbs olunub.

Etirazçılar Tbilisinin Azadlıq Meydanını və Rustaveli prospektini bağlayaraq "Mişanı azad edin" kimi şüarlar səsləndirərək milli bayraqlar qaldırıb.

Televiziyada yayımlanan görüntülərə əsasən nümayişdən əvvəl parlament binasının önünə avtobuslarla dolu çevik qüvvə polisləri yerləşdirilib.

53 yaşlı Saakaşvili oktyabrın 1-də səkkiz il sonra ölkəsinə geri döndükdən bir neçə saat sonra həbs edilərək Rustavidəki həbsxanaya salınıb. Bundan sonra o, aclıq elan edib.

Son illər Ukraynada yaşayan Saakaşvili 2018-ci ildə qiyabi olaraq məhkum olunub.

Keçən ay o, həbs təhlükəsinə baxmayaraq, "ölkəni xilas etmək" istədiyini iddia edərək, 2 oktyabr ümumxalq səsverməsi üçün vətəninə uçmaq planlarını açıqlamışdı.

Səsvermədə Gürcüstanın əsas müxalif partiyası - Saakaşvilinin qurduğu Vahid Milli Hərəkatı (ENM) hakim Gürcü Arzusu partiyasından səs sayına görə olduqca geridə qalıb.

Bununla birlikdə partiyanın bələdiyyə sədrliyinə namizədlər əsas şəhərlər - Tbilisi, Batumi, Kutaisi, Poti və Rustavidə tələb olunan 50 faizlik baryeri keçə bilmədikləri üçün seçkilərin növbəti raunudu oktyabrın 30-na təyin olunub.

Ötən il müxalifət partiyaları hakim "Gürcü Arzusu"nun seçkiləri saxtalaşdırıldığını iddia etdikdən sonra Gürcüstan siyasi qarışıqlığa qərq olub.

Xatırladaq ki, 2004-2013-cü illərdə Gürcüstan prezidenti olan Saakaşvili 2018-ci ildə iki ayrı işdə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək qiyabi olaraq ümumilikdə 9 il həbs cəzasına məhkum edilib. Eks-prezident ittihamları rədd edir.

Saakaşvilinin həkimi Nikoloz Kipshidze oktyabrın 10-da onun vəziyyətinin pisləşdiyini bildirərək, xəstəxanaya köçürülməsinin lazım olduğunu deyib. Lakin Ədliyyə Nazirliyi daha sonra Saakaşvilinin "sağlamlıq vəziyyətinin qənaətbəxş olduğunu" bildirib.

XS
SM
MD
LG