Accessibility links

Mixeil Saakaşvili Kiyevdə Baş Prokurorluğa gedib


Ukraynada müxalifət lideri Mixeil Saakaşvili dekabrın 18-də Kiyevdə Baş Prokurorluğa gedib, amma müstəntiqlərin suallarını cavablandırmaqdan imtina edib.

Ukrayna hakimiyyəti Gürcüstanın keçmiş prezidentini və Odessa vilayətinin keçmiş qubernatorunu Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin rəhbərlik etdiyi bildirilən “kriminal qrup”la əməkdaşlıqda suçlayır. Onlar Saakaşvilinin Rusiyanın Ukraynaya qarşı planının bir hissəsi olduğunu bildirirlər.

Saakaşvili bütün ittihamları rədd edib.

​O, Baş Prokurorluq qarşısında jurnalistlərə deyib ki, iş, “qanunun tələb etdiyi kimi”, Ukrayna Təhlükəsizlik Xidmətinə veriləndən sonra ifadə verəcək.

Baş Prokurorluğun sözçüsünün dediyinə görə, Saakaşvili müstəntiqin suallarını cavablandırmamaqla “təhqiqat prosedurunu pozub”.

Saakaşvilinin tərəfdarları bazar günü Kiyevdə ictimai binanı qısa müddətə tutaraq Ukrayna prezidenti Petro Poroşenkonun impiçmentini tələb edib. Qərb diplomatları bundan narahatlıq bildiriblər.

XS
SM
MD
LG