Accessibility links

Saakaşvili tərəfdarlarının səyi ilə azad edilib [Video]


Tərəfdarları onu Ukrayna təhlükəsizlik xidmətinin maşınından çıxarıb

Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin tərəfdarları liderlərini Ukrayna təhlükəsizlik xidmətinin maşınından çıxararaq onu azad ediblər.

Bu haqda Ukrayna və xarici mətbuat agentlikləri məlumat verib.

Mən sizi Petro Poroşenkonun hakimiyyətdən kənarlaşdırılması məqsədilə dinc etirazlara çağırıram. Siz heç nədən qorxmamalısınız.

Xəbərlərdə deyilir ki, azad edilən Saakaşvili Ukrayna hökumətinə etirazların genişlənməsinə çağırıb.

“Mən sizi Petro Poroşenkonun hakimiyyətdən kənarlaşdırılması məqsədilə dinc etirazlara çağırıram. Siz heç nədən qorxmamalısınız,” kütləvi informasiya vasitələri Saakaşviliyə istinadən xəbər verib.

Hadisələrin sonrakı inkişafı hələlik aydın deyil.

Bundan öncə Ukrayna polisi ölkədə korrupsiyaya qarşı mübariz rolunu öz üzərinə götürən Saakaşvilini həbs etmişdi.

O etiraz əlaməti olaraq, Kiyevdəki evinin damına qalxaraq, tərəfdarlarının diqqətini özünə çəkib. Hadisə yerində çəkilmiş video görüntülərdə Saakaşvilinin aparıldığı, bir neçə yüz adamın isə yolu bloklamağa çalışdığı nümayiş etdirilir.

Gürcüstana rəhbərlik etdiyi 10 ildə Mixeil Saakaşvili fundamental demokratik islahatları, korrupsiyaya qarşı effektiv mübarizəsi ilə yadda qalıb.

Mixeil Saakaşvili 10 ilə yaxın prezident olduqdan sonra Gürcüstanı tərk edib. Bu ölkəyə rəhbərlik etdiyi dönəmdə Saakaşvili fundamental demokratik islahatları, korrupsiyaya qarşı effektiv mübarizəsi ilə yadda qalıb.

O daha sonra Odessa vilayətinin qubernatoru təyin edilib, lakin onun korrupsiyanın kökünün kəsilməsi ilə bağlı səylərinin rəsmilər tərəfindən maneələrlə qarşılaşdığından şikayət edərək istefa verib.

Saakaşvili bu il ölkə xaricində olarkən Ukrayna vətəndaşlığından məhrum edilib. Lakin o, sentyabr ayında tərəfdarlarının Polşa ilə sərhəddə polis sipərini yarmasından sonra Ukraynaya qayıda bilib.

XS
SM
MD
LG