Accessibility links

Mixeil Saakaşvili Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən dindirilib


Mixeil Saakaşvili Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən dindirilib. Bu barədə məlumatı onun vəkilləri veriblər.

Vəkil Ruslan Çornolutski deyib ki, Saakaşvili yanvarın 10-da SBU-nun binasında 4 saat müddətində saxlanıb. O bunun 2 saat yarımı ərzində ifadə verib.

Saakaşvili jurnalistlərə deyib ki, ona verilən suallar onun Ukraynadakı siyasi fəaliyyəti ilə bağlı olub.

Saakaşvili əlavə edib ki, o Ukraynanın hazırkı hakimiyyətinə qarşı mübarizəsini davam etdirəcək:

"Biz Ukraynadakı mövcud siyasi sistemi dağıdacaq, yerində Avropada supergüc olan normal, demokratik və mütərəqqi Ukrayna quracağıq”.

Ukrayna hakimiyyəti keçmiş Odessa qubernatoru Saakaşvilini keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçin iddia olunan “kriminal qrupu” ilə əlaqədə ittiham edir. Yanukoviç 2014-cü ilin fevralında devrildikdən sonra Rusiyaya qaçıb.

Hakimiyyət iddia edir ki, Saakaşvilinin Ukraynada təşkil etdiyi etirazlar Rusiyanın Kiyev hökumətinə qarşı qəsdinin bir hissəsidir.

Keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvili ona qarşı ittihamları rədd edir.

Ukrayna polisi dekabrın 5-də Saakaşvilini həbs etməyə cəhd göstərmiş, lakin keçmiş qubernatorun tərəfdarlarından ibarət kütlə polis maşınını dövrəyə alaraq onu azad etmişdi.

Saakaşvili üç gün bundan sonra həbs olunmuş, lakin dekabrın 11-də məhkəmə tərəfindən ev məhbusluğundan azad edilmişdi.

Saakaşvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub. O Gürcüstan vətəndaşlığını 2015-ci ildə Odessa qubernatoru vəzifəsinə görə Ukrayna vətəndaşlığını qəbul edəndə itirib.

Saakaşvili Odessanın qubernatoru vəzifəsindən 2016-cı ildə istefa edib və keçmiş müttəfiqi – prezident Petro Poroşenkonun yaxın adamlarının onun islahatlarına mane olduqlarını bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG