Accessibility links

Saakaşvili ukraynalıları yürüşə çağırıb


Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvili ukraynalıları ümumölkə yürüşünə çağırıb.

Ukraynadan zorla çıxarılan, amma müxalif "Yeni Qüvvələr Birliyinə" rəhbərlik etməkdə davam edən Saakaşvili yürüşü martın 18-nə təyin edib.

Məqsəd prezident Petro Poroşenkonun istefasına nail olmaqdır. Saakaşvili hesab edir ki, Poroşenko və onun ətrafındakılar korrupsiyaya bulaşıb və xalqın yox, oliqarxların maraqlarına xidmət edir.

Bu, Saakaşvilinin Ukrayna hakimiyyətinə cavabıdır.

Kiyev polisi Saakaşvilinin tərəfdarlarının Ali Radanın yaxınlığında qurduğu çadır şəhərciyini martın 3-də dağıdıb.

100-dən çox insan saxlanıb.

Saakaşvili təklif edib ki, yürüşdə Poroşenko ilə yanaşı daxili işlər naziri Arsen Avakov və baş prokuror Yuri Lutsekonun da istefaları tələb olunsun.

"Yeni Qüvvələr Birliyi"ni iki həftə ərazində yürüşə lazımınca hazırlaşmağa çağıran Saakaşvili hesab edir ki, "xalqın iradəsi oğruları hakimiyyətdən atmağa yol açacaq və Ukraynaya inkişaf etmək imkanı yaradacaq".

Polis iddia edib ki, axtarış zamanı çadır düşərgəsində silah, o cümlədən 9 RQD qumbarası, Molotov kokteyli ilə dolu şüşələr və 5 tüstü minası aşkarlanıb.

Əvvəllər prezident Poroşenkonun komandasında olan Saakaşvilinin sonradan müxalifətə keçib.

O bir neçə həftə əvvəl Ukraynadan çıxarılıb.

Sərhəd Xidmətinin əməkdaşları onu Kiyevdəki "Suluqunu" restoranında saxlayaraq Polşa sərhədinə aparmış, ölkədən çıxarmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG