Accessibility links

Saakaşvili vətəndaşlıqdan məhrum edilmə haqda sənədləri tələb etmək üçün Kiyevdədir


Gürcüstanın keçmiş prezidenti və Odessa şəhərinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna paytaxtına gəlib. Kiyevdə prezident administrasiyası binasının yaxınlığında jurnalistlərlə danışan Saakaşvili hakimiyyətə qarşı tələbləri və gələcək planlarından danışıb.

O, Çerkassı şəhərində dayandığını və hakimiyyətə qarşı tələblərinə xalqın dəstəyini qazanmaq üçün oradan Ukraynanın başqa şəhərlərinə səfərlər edəcəyini deyib. Saakaşvili tələbləri arasında Ukrayna prezidentinin impiçmenti məqsədilə Radada qanun layihəsinin qəbul edilməsi olduğunu da qeyd edib. O deyib ki, onun özü və Petro Poroşenko arasında heç bir münaqişə yoxdur, "Poroşenko Ukraynada yalnız problemlərin bir hissəsidir, problemlərin əsasında isə ölkəni məhv edən hakim oliqarx system” durur.

Odessa administrasiyasının keçmiş rəhbəri Ukrayna paytaxtında oktyabrın 17-də böyük mitinq keçiriləcəyini elan edib.

Siyasətçinin vəkilləri prezident administrasiyasının müvafiq orqanlarına müraciət edərək, Petro Poroşenkonun Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsinə imkan verən sənədləri əldə etmək istəyirlər. “Poroşenko fərman imzalayıb, lakin mənə heç bir sənəd verilməyib ki, mən onunla məhkəməyə, o cümlədən Avropa insan hüquqları məhkəməsinə gedə bilim”, Saakaşvili bildirib.

Sentyabrın 10-da Mixeil Saakaşvili və yüzlərlə tərəfdarı sərhəd keşikçilərinin səfini yararaq Polşadan Ukrayna ərazisinə keçib.

Ukrayna hakimiyyəti keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvilinin getdiyi qatarı Polşanın sərhəd məntəqəsindən buraxmadığına görə, o, marşrutunu yenidən dəyişmək və sərhədi tərəfdarları ilə birlikdə avtobusla keçmək qərarına gəlib.

Ukrayna prezidenti Petro Poroşenko iyulun 26-da ABŞ-da səfərdə olarkən Saakaşvilini vətəndaşlıqdan məhrum edib.

XS
SM
MD
LG