Accessibility links

Yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarətdə məhdudiyyət olacaq


Şəhidlər Xiyabanı
Şəhidlər Xiyabanı

"Yanvarın 20-də Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək."

Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Məlumata görə, bu, koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə edilir.

“Şəhidlər Xiyabanına gəlmək istəyən ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar.

Nazirlik qeyd edir ki, insanlar Xiyabana beş nəfərlik qruplarla daxil olaraq, dayanmadan ziyarətlərini başa vurub ərazidən uzaqlaşmalıdırlar.

Məlumatda Xiyabanın daxilində və kənarda insanların toplaşmasının yolverilməz sayıldığı deyilir.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda ötən il martın 24-dən karantin tətbiq edilib. Karantin qaydalarına görə, kütləvi toplantılara icazə verilmir.

Xatırlatma

Yanvarın 20-si Azərbaycanda anım günüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq olub.

Bu əməliyyat SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən hazırlanaraq həyata keçirilib və şərti adı “Zərbə” olub. Əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayıb.

Qoşunların yeridilməsi üçün əsas bəhanələrdən biri yanvarın 13-dən başlayaraq əhalinin hakimiyyətin tələblərinə məhəl qoymaması olub. Lakin qoşunlar gələnə kimi ölkədə artıq tam sabitlik yaranmışdı. Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərliyindən heç kim yanvar hadisəsinə görə məsuliyyətə cəlb olunmayıb.

O vaxtdan hər il yanvarın 20-si Azərbaycanda hadisə qurbanlarının anım mərasimləri keçirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG