Accessibility links

Sabah İran xarici işlər naziri türkiyəli və braziliyalı həmkarları ilə görüşəcək


Sabah İran xarici işlər naziri türkiyəli və braziliyalı həmkarları ilə görüşəcək
Sabah İran xarici işlər naziri türkiyəli və braziliyalı həmkarları ilə görüşəcək

Görüşdə may ayında əldə olunmuş razılıq müzakirə olunacaq

İran bildirir ki, ölkənin xarici işlər naziri Manuçöhr Möttəki nüvə yanacağı mübadiləsi təklifini müzakirə etmək üçün sabah türkiyəli və braziliyalı həmkarları ilə görüşəcək. Tehran bildirir ki, xarici işlər nazirləri Türkiyədə görüşərək BMT-nin İrana yeni sanksiyaları tətbiq etdiyibir vaxt may ayında əldə olunmuş razılığı müzakirə edəcək. Plana görə, İran tibbi tədqiqat reaktoru üçün yüksək dərəcəli nüvə yanacağının əvəzində az zənginləşdirilmiş uranının bir hissəsini Türkiyəyə göndərməlidir. BMT Tehrana iyun ayında yeni sanksiyalar tətbiq edəndən və ABŞ-la Avropa Birliyi İrana əlavə cəzalar müəyyən edəndən bəri bu təklif diqqətdən kənarda qalıb.

XS
SM
MD
LG