Accessibility links

Sabah Sinqapurda “Asiyada Təhlükəsizlik” mövzusunda konfrans işinə başlayır


Sabah Sinqapurda “Asiyada Təhlükəsizlik” mövzusunda konfrans işinə başlayır
Sabah Sinqapurda “Asiyada Təhlükəsizlik” mövzusunda konfrans işinə başlayır

ABŞ-ın müdafiə naziri Robert Geyts regiondakı problemlərin həlli məqsədi ilə Asiya ölkələri ilə münasibətlərin dərinləşdirilməsini istədiyini bildirib. Sabah “Asiyada Təhlükəsizlik” mövzusunda keçiriləcək konfransın açılışından əvvəl nazir deyib ki, Vaşinqton Asiyadakı tərəfdaşlarının yaxın müttəfiqi olaraq qalacaq.
Robert Geyts potensial büdcə məhdudiyyətlərinə baxmayaraq, Vaşinqtonun müttəfiqlik mesajı ilə Sinqapura getdiyini bildirib. ABŞ-ın müdafiə naziri orada çinli həmkarı Liang Guangli ilə görüşəcək. Yolda ikən keçirdiyi mətbuat konfransında Geyts Vaşinqtonun Pekinlə münasibətlərindəki inkişaflardan razılığını bildirib. O, əlaqələrdə davamlı dialoqun vacibliyini vurğulayıb.

XS
SM
MD
LG