Accessibility links

Sabah Ukraynanın sabiq baş nazirinin məhkəməsi qərarını açıqlayacaq


Sabah Ukraynanın sabiq baş nazirinin məhkəməsi qərarını açıqlayacaq
Sabah Ukraynanın sabiq baş nazirinin məhkəməsi qərarını açıqlayacaq

Vəzifəsindən sui-istifadə ittihamı ilə üzləşən Ukraynanın sabiq baş naziri və müxalifət lideri Yuliya Timoşenkonun məhkəməsinin son qərarı çərşənbə axşamı, oktyabr ayının 11-i çıxarılacaq. Prokurorlar Yuliya Timoşenkonun 2009-cu ildə vəzifəsindən sui-istifadə edərək, hökumətin razılığı olmadan Rusiya ilə qaz müqaviləsinə qol çəkdiyini və bu müqavilənin Ukraynaya büdcənin 200 milyon dollarlıq itkisinə başa gəldiyini deyir və ona 7 il həbs cəzası istəyir. Xanım Timoşenkonun Ana Vətən partiyası minlərlə tərəfdarını sabah məhkəmə binası qarşısında nümayişə çağırıb.

XS
SM
MD
LG